vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
22:21 | 3 avqust 2017 | Cümə axşamı Məqaləyə 3502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mağazalarda yol nişanları satılır

Bu nə dərəcə düzgündür?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda bir neçə mağaza var ki, burada ancaq yol hərəkəti ilə bağlı nişanlar satırlar. İstənilən şəxsdə bura daxil olub bu nişanlardan ala bilir. Bəs qanun belə nişanların satışına icazə verirmi? Yol polisi məsələyə münasibət bildirib.

Müxtəlif yol nişanları, şlaqbaumlar və təhlükəsizlik keçidləri... Hətta bu mağazalarda işiqforda satılır.

Bütün bunlar Bakıda fəaliyyət göstərən bir neçə mağazada satılır. bu nişanlar daha çox xaricdən əsasən də Türkiyədən gətirilir. Satıcıların sözlərinə görə, nişanlara tələbat var. Nişanları həm yol infrastrukturunda fəaliyyət göstərən tikinti şirkətləri, həm də adi vətəndaşlar alır. Vətəndaşlar daha çox şlaqbaum və təhlükəsizlik nişanları alırlar. Onlar əsasən bu nişanları yaşayış binalarının həyətlərində və bağ evlərinin qarşısında quraşdırmaq üçün alırlar.

Satıcılar deyir ki, yol hərəkəti ilə bağlı olan nişanlar hər kəsə satılmır. Bunun üçün yalnız, dövlət yol polisinin icazəsi olmalıdır. Qiymətlərə gəldikdə isə, şlaqbaumlar 3 min manata, təhlükəsizlik məqsədilə quraşdırılan nişanlar isə 40 -250 manat arasında satılır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə bildirdi ki, istənilən şəxs bu cür mağazalardan nişanlar və digər əşyalar ala bilər. Yəni, bu qanunla qadağan deyil. Yalnız yollara yol polisinin icazəsi əsasında nişanlar quraşdırıla bilər.