vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
13:16 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Başqa hallarda ixtiyarı yoxdur»

Adi polis hansı durumda yol hərəkəti qaydasını pozan sürücünü saxlaya bilər?

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətəndaş-polis münasibətləri heç vaxt rəvan olmayıb. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə... Bəzi hallarda münasibətlərdəki gərginlik o həddə çatır ki, polis zor tətbiq etmək məcburiyyətində qalır. Bir çox hallarda münasibətlərin gərginləşməsi vətəndaşın qaydaları pozmasından irəli gəlir...

Məsələn, götürək yollarımızı... Müşahidələr göstərir ki, bəzi sürücü və piyadalar polisin varlığına məhəl qoymadan, kobud qayda pozuntusuna yol verir.

Bu məsələdə bir məqam da diqqət çəkir. Yollarda qanunlara sayğısızlıq göstərən sürücü və ya piyadalar nədənsə yol polisini görəndə özünü yığışdırır, amma post-patrul xidmətinin əməkdaşları olan yerlərdə «qaydalar onları pozmaq üçün yazılıb» prinsipi ilə hərəkət edir. Elə bu baxımdan yol polisləri vətəndaşın yanında loru dillə desək, daha «avtoritetli» sayılır, nəinki adi polis əməkdaşı... Bəlkə burada adi polis işçisinin də günahı az deyil. Çünki sürücü yol polisi olmayan yerdə kobud qayda pozuntusu edir, bunu kənardan görən post-patrul xidmətinin əməkdaşı isə olaya göz yumur.

Bəs əslində necə olmalıdır, post-patrul xidməti əməkdaşı yol hərəkəti qaydasını pozan sürücü və ya piyadanı saxlayıb, ona protokol tərtib edə bilərmi?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlama verib.

Bölmə rəisi bildirib ki, post-patrul xidmətinin əməkdaşı yol hərəkəti qaydasını pozan sürücü və ya piyadanı saxlayıb, ona protokol tərtib edə bilməz.

«Əgər sürücü ciddi qayda pozuntusu edibsə, insanların həyatına təhlükə yaradan hallar olarsa, post-patrul xidmətinin əməkdaşı həmin sürücünü saxlayıb əraziyə post-patrul xidmətinin əməkdaşı çağıra bilər. Həmin qayda pozuntusu ilə bağlı da yalnız yol-patrul xidmətində çalışan əməkdaş inzibati xəta ilə bağlı protokol tərtib edə bilər».

K.Əliyev deyib ki, sürücü  yol hərəkəti qaydasını pozduqda bunun şahidi olan adi polis   əməkdaşı hadisə ilə bağlı yol polisinə məlumat verə bilər.

«Qayda pozuntusu ilə bağlı protokolu  isə ancaq yol-patrul xidmətinin əməkdaşı tərtib edə bilər. Amma burada bir nüans var. Əgər post-patrul xidmətinin əməkdaşı rayon Polis şöbəsi rəisinin əmri ilə müvəqqəti olaraq vakant yol patrul xidməti təyin edilibsə, ezam olunubsa, o zaman qaydanı pozan sürücüyə inzibati xəta haqqında protokol yaza bilər. Başqa hallarda isə ixtiyarı yoxdur».