Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Faciədən möcüzəli xilas
Eniş zolağında toqquşan iki təyyarədən birinin quyruğu qopdu
-
Son on ilin zirvəsi
Rusiyada avtomobil satışı pik həddinə çatıb
-
Çində faciəvi qəza
Şagird və valideynlərin üzərinə şığıyan avtobus xeyli sayda ölüm və yaralanmaya səbəb oldu
-
17 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
Bir il qabaq başlanan axtarış nəticə verdi
-
Formasını dəyişən təkər
Əlil arabalarından istifadə edən insanların hərəkətinin asanlaşacağı gözlənilir
-
Rus pilot ölüb
Sibirdə qəzaya uğrayan bombardmançının 3 ekipaj üzvü xəstəxanaya yerləşdirilib
-
Kritik temperatur tapıldı
Elektromobillər yeni batareya texnologiyası ilə 1 milyon kilometr qət edəcək
-
Müsadirə olunacaq ...
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
-
900-ə yaxın cipin təkərləri deşilib
Anarxistlər 8 ölkədə təxribatın davam edəcəyini bildiriblər
-
Bakı maşın qəbiristanlığına çevrilir
Ölkəyə daha çox köhnə dizel avtomobilləri gətirilir
-
Mədən qəzasının fəsadları artır
Bartındə ölənlərin sayı 40 nəfərə çatıb
-
Güclü duman gözlənilir
Yollarda görünüş məsafəsi ciddi ölçüdə məhdudlaşacaq
-
Sürücülərin sirləri qalmayacaq
Müasir avtomobillər sükan arxasında oturandan durana qədər hər şeyi qeyd alır
-
“Ölüm vaqonları”
İranın yerli avtomobilləri və “maşın mafiyası”
-
Həyətlər keçilməz olub
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
-
Trafik canavarı “zirvə”də - 342
Ən çox zərərçəkənlər kişilərdir
Həftə ərzində Azərbaycan ərazisində ölüm faktı ilə nəticələnən çoxlu sayda yol-nəqliyyat qəzaları baş verib. Sabirabad rayonu ərazisində baş verən iki dəhşətli yol qəzasında iki nəfər ölüb, 4 nəfər yaralanıb. İlk hadisə ötən bazar günü, rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. «Jiquli» markalı maşının qatı dumanlı havada yoldan çıxaraq radar dirəyinə çırpılması nəticəsində polis serjantı Nicat Cavadov dünyasını dəyişib. Maşında olan polis baş leytenantı Şəhriyar Sultanov isə ağır bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Rayon ərazisində ölümlə nəticələnən digər qəza Qaratəpə kəndi ərazisində baş verib. Şamil Əsədovun idarə etdiyi «Mercedes» markalı maşın qatı dumanlı havada idarəetməni itirərək «KamAZ» markalı yük maşınının yoluna çıxıb. Maşınların toqquşması nəticəsində «Mercedes» sürücüsünün qızı hadisə yerində ölüb, Şamil Əsədov, onun digər qızı Sahilə Cavadzadə, həyat yoldaşı Həqiqət Xancanova yaralanıblar. Kəllə-beyin travması almış sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Buna bənzər daha bir yol qəzası Lənkəranda qeydə alınıb. «Mercedes» maraklı maşın yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək arxadan yük maşınına çırpılıb. Qəza nəticəsində «Mercedes»də olan 4 nəfər xəsarət alıb. Onların hamısı Rusiya vətəndaşlarıdır.
Goranboyda baş verən dəhşətli yol qəzası da ölümsüz ötüşməyib. Bəşirli kəndində «Lifan» və «Zaporojets» markalı maşınların toqquşması nəticəsində 7 yaşlı Nicat Əliyev dünyasını dəyişib, 11 nəfər isə yaralanıb. Avtomobillərdən birində 9 nəfərin olduğu bildirilir. Qəza maşındakı sərnişinlər toy mərasimindən geri qayıdarkən baş verib. Yaralılar arasında azsaylı uşaqlar da var.
Göygöl rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında Peyman Mirzəyev «VAZ-2107» markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb. Nəticədə maşın «Hyundai» markalı və «Zaporojets» markalı digər iki maşınla toqquşub. Qəza zamanı Göygöl rayon, Şəhriyar kənd sakini, 24 yaşlı Elxan Nəbiyev həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Şamaxıda baş verən dəhşətli qəzada isə dörd nəfər ağır yaralanıb. «Peugeot» markalı maşın Qızmeydan kəndində döngəli yolda idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü Rasim Ocaqzadənin gözləri çıxıb, görmə qabiliyyətini tam itirib. Dəyərə aşan maşında olan Bakı sakini Bayram Fərəcov, həyat yoldaşı Fəridə Fərəcova və 4 yaşlı övladları Nihad ağır bədən xəsarətləri alıblar.
Qaradağ rayonu ərazisində yük maşınının sərnişin avtobusuna zərblə çırpılması 10 sərnişinin yaralanması ilə nəticələnib. 149 saylı avtobus sərnişinləri düşürmək üçün yol kənarında dayanıb. Bu zaman eyni istiqamətlə hərəkət edən «Howo» markalı yük maşını arxadan avtobusa çırpılıb. Hadisə zamanı xəsarət alan sərnişinlərdən ikisi xəstəxanada yardım aldıqdan sonra evə buraxılıblar, 8 nəfərin müalicəsi isə xəstəxana şəraitində davam etdirilir.
Novxanı qəsəbəsində də yol qəzası baş verib, «Jiquli» və «Ford» markalı yük maşının toqquşması nəticəsində bir nəfər yaralanıb. Qəza zamanı «Jiquli»nin sürücüsü Sədrəddin Xanmuradovun bud sümükləri sınıb. «Ford»un sürücüsü qəzadan sonra ərazidən qaçsa da, Binəqədi rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamağa müvəffəq olublar. Qəzanın səbəbi araşdırılır.
Mehdiabad qəsəbəsində Ceyhun Dünyamalıyev idarə etdiyi «Mercedes» avtomobili ilə yolu keçən iki piyadanı vurub. Piyadalardan Nuşirəvan Dünyamalıyev ağır xəsarətlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun bacısı, qəzada yaralanmış Qiymət Dünyamalıyevanın vəziyyəti isə ağır olaraq qalır. Qeyd edək ki, sürücü vurduğu piyadalarla yaxın qohumdur. Yol qəzası ilə bağlı araşdırma aparılır.