... Qorxun!
Mövludun qanatdığı yaramdan, Ucalın verdiyi gücdən, bir anadan, bir qadından ...
Sevinc FƏDAİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ana dilimizdə danışan fikir sahiblərinə ehtiyac var”
Sevinc Fədai: “İnsan bilmədiyi, hiss etmədiyi dəyəri sahiblənə bilməz”
-
Qoy qalsın sonraya
Sonra nə vaxtdı bəs?
-
«Ucalın ianəyə ehtiyacı yoxdur»
Sevinc Fədai: «Həssasdır, hiss edir ki, Mövlud yoxdur, o gün əlini telefona uzatdı ki, ver, dədə ilə danışım»
-
Onda məndən incimə
O qədər güclüsən ki, bütün qaranlığı aydınladacaq qədər...
-
Tarixləri unutmuşam
Sənin necə hönkürtüylə ağladığını, qəhqəhəylə güldüyünü, düşündüyünü görmüşəm
-
«Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...»
Jurnalist Sevinc Fədai həyat yoldaşının intihar etdiyi gecə yaşananları detalları ilə açıqladı...
-
Ağrının acısı
Sevinci tək qoymayın!
-
Mövludun intiharının bilinməyənləri və son saatları
Jurnalist xanım: «Son gün mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz»
-
İntihara sürükləyən amillər
Nələr araşdırılmalı, nələrə çıxış azaldılmalıdır?
-
Gənc yazarın intihar səsəbi
Mövlud özünə qəsd etməzdən əvvəl qapıya iki ürək şəkli yapışdırıb
-
Biz Mövludla məktəbdə incidilən bir uşaq üçün, satdığı limon vedrəsi dağıdılan qadın üçün, işsiz qalan, övladının yanında boynunu bükən atalar üçün, evə çörək aparan balaca qızların maaşı kəsiləndə düşdüyü vəziyyət üçün, sağ çıxdığımız yanğında ölən balaca Ayxanın, Fərəhin əvəzinə günahkarların üstünə bağıra bilmədiyimiz üçün, haqsız yerə həbs olunan Rəşadətin balası Araz üçün, Elnur Astanbəylinin oğluna velosiped almaq arzusu üçün... baş-başa verib ağlayan adamlar olmuşuq.
Mövlud bütün haqsızlıqlara susurdu, içinə atırdı, birdən işimdən olaram, uşağımı çörəksiz qoyaram deyirdi. Qorxma deyirdim, qorxma. Acından ölməyəcəyik. Amma onun vuruşmağa gücü çatmırdı. Deyirdi Sevinc, gücüm sənə çatır ancaq, bağışla hər şeyin acığını səndən çıxıram. Mən hamısını bağışlamışam, Mövlud, rahat uyu.
Amma mən susmayacam, Mövlud. Qorxmayacam. Hə, sən 17-ci mərtəbədən özünü mənə görə atdın, amma ömründə bircə dəfə qorxmadan səni o yüksəkliyə qədər çıxaran, həm də pillə-pillə, aram-aram çıxaran bütün səbəbləri yazacam. Mövludlar üçün, ucallar üçün, indi sənin ölümünə hamıdan çox yanan dostun Bəxtiyar Hidayət üçün, hidayətlər üçün yazacam. Qorxma, Mövlud, biz acından ölməyəcəyik. Ölsək də, qoy acından ölək, 17-ci mərtəbədən atmayacağıq özümüzü, canımızı, canları yandırmayacağıq. Sənin canını yaxan, cibindən çıxan qəpiklərdən qorxub bu ölümün üstündən alver edən aynurların canını yandıracam. Sənin ürəyində özünlə apardığın sözlərlə yandıracam onların canını...
Onlar bilmir, Mövlud, onlar bilmir ki, sən hər şeyi görüb o gözəl, uşaq gülüşünlə gülür, yenə də ironiya edirsən onlara. Onlar bilmir ki, sənə işdə nankor deyə arxanca bağıran qadına toyda sağlığına badə qaldırırdın. Acıqlanıb səbəbini soruşurdum, deyirdin, «aaay Sevinc, bədbəxt, yazıq qadındı, qoy sevinsin də...» Qoy sevinsinlər, gözəlürəkli Mövlud! Sənin adından bir badə də mən qaldıracam, bir sağlıq da mən deyəcəm onların sağlığına!
Məni müdafiəyə qalxmayın burda, dostlar, lütfən. Axı nəyin savaşıdır bu? Dedim axı narahat deyiləm, Mövlud hər şeyi bilir çünki. Mənim savaşım başqa savaş olacaq.... Qorxun məndən, vicdanımın təmizliyindən, Mövludun qanatdığı yaramdan, Ucalın verdiyi gücdən, bir anadan, bir qadından qorxun!