vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
23:06 | 1 may 2017 | Bazar ertəsi Məqaləyə 2920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Onda məndən incimə

O qədər güclüsən ki, bütün qaranlığı aydınladacaq qədər...

Sevinc FƏDAİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Səni necə böyütməklə bağlı hələ doğulmazdan əvvəl düşünməyə başlamışdım. Amma sənin həssas uşaq olmağın bu düşüncələrimi daha da artırdı. Hərdən deyirdim ki, bəlkə səni elə sevməyim, yanında olmağım yetər. Hərdən çox sevməyimin sənə ziyan verə biləcəyindən qorxdum.

Qolumdan necə yapışdığını görəndə bir daha düşünməyə başladım. İndi qorxularım daha çoxdur, gözəl gözlü gözəllik! Amma qorxularımdan böyük sevgim, inamım var sənə. Və bir də təcrübəm... Sənin həyatda hər kəsin, hər şeyin olmayacam. Anan, atan, bacın, qardaşın, dostun, sevgilin, əlin, ayağın, gözün, ürəyin olmayacam. Yaşamağın bütün ağırlığını çiynində daşıyıb öyrəşəcəksən o yükə. Tək yol getməyi, özünə güvənməyi bacaracaqsan. Yıxılacaqsan da, ağlayacaqsan da, amma bacaracaqsan, yaşamağı bacaracaqsan, yaşamağı sevəcəksən. Yanında ola-ola uzaq da duracam hərdən sənə...yapışmağa başqa dallar tapasan deyə... onda məndən incimə.

Sən doğulandan savaşlardasan, sən artıq bərkimisən...həssaslığını da qoru, ürəyini də, ruhunu da, insanlığına da, amma yaşamağı da bil. Yıxılmaq son deyil, itirmək son deyil, yenilmək son deyil. Sən varsan, balaca adam, həyata o cür baxan gözəl gözlərin var. Heç vaxt aynaya baxıb gözlərində kədər axtarma, "gözlərin nə kədərlidir" deyəndə gül, qoy gözlərinin necə güldüyünü də görsünlər. Özünü özündən məhrum eləmə, gülüşündən, sevincindən məhrum eləmə, gözəl gözlü gözəllik! Yaxşı olacaq, sən savaşlardan həmişə qalib çıxacaqsan, həmişə, bunu özün bacaracaqsan! Sən artıq dünyanın yükünü daşımağa başlamısan, balaca adam, həyat sənə heç nə edə bilməyəcək. Bir də ki...qorxma...mən səninləyəm! Sevgimlə, inamımla, duamla... mən sənə həmişə güvənəcəm, gözəl adam! Sənə gözlərinin necə gözəl olduğundan, necə gözəl güldüyündən danışacam. Necə güclü olduğunu izah edəcəm. O qədər güclüsən ki, bütün qaranlığı aydınladacaq qədər... gözlərimi güldürəcək qədər...bütün çirkabları təmizləyəcək qədər... əlimdən yapışan balaca əlin dünyanın bütün qüvvələrindən, bütün adamlarından güclü oldu, mənim hər şeyi anlayan balaca dostum!