Su neftdən baha olacaq
«Buyurun burada işləyə bilərsiniz, amma torpağın altındakı su ilə işiniz olmasın»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Suyu kimyəvi maddələrdən təmizləyən üsul
Daha tez və ucuz...
-
Nanoplastiklərin 98 faizini sudan çıxaran üsul
Məhluldan göllərdə və okeanlarda istifadə edilməsi gözlənilir
-
Su filteri fırıldağı ...
2 möhtəşəm sehrbazlıq fəndi ilə ovlanan sakinlər ...
-
Evdə, işdə və istehsalatda ...
Kommunal xərcələri necə azaltmaq olar?
-
Artıq içiləndə dərd verir su da …
Alimlərdən xəbərdarlıq edir: «Zəhərlənmə, hətta komaya düşmə təhlükəsi yaranır»
-
Avtomobil suyun içərisindədirsə, …
Böyük xərcə düşmək istəməyən sürücülərə tövsiyələr
-
Tam qurumasını gözləmək mütləqdir
Avtomobili sudan necə mühafizə etmək olar?
-
Dünyanın daha bir dərdi - su qıtlığı
Alimlər duzlu suyu içməli suya çevirməklə problemdən qurtulmağa çalışır
-
Su böyrəklərdə daş yığılması riskini azaldır
Doğrudanmı çox maye qəbulu üz dərisini təravətli edir?
-
Ən yaxşı diet - SUDUR
Valideynlər, uşaqlarınızı gələcək xəstəliklərdən qorumaq istəyirsinizsə...
-
Ölkədə su qıtlığı təhlükəsi
«Suvarmada israfçılıq halları çoxdur və bu hələ də primitiv üsulla aparılır»
-
«Financial Times» Fransanın «Suez» şirkətinin rəhbərinə istinadən yazır ki, insanların, sənayenin və kənd təsərrüfatının tələbləri artdıqca, su bir gün neftdən baha ola bilər.
Jan-Lui Kosadın «Suez» firması bu ay «General Electric» şirkətindən qiyməti 3,4 milyard avro olan su aqreqatı alıb. Onun sözlərinə görə, yaxın gələcəkdə kimya, dava-dərman, mədənçilik və enerji kimi sənaye sahələrinin ən böyük çətinliyi adi su ilə bağlı olacaq.
«Financial Times» qəzetinin «su bir gün neftdən daha bahalı xammal ola bilərmi» sualına cənab Kosad «bəli» cavabını verib. Şirkət rəhbəri deyib ki, 2035-ci ildə dünya əhalisinin 40 faizi sudan korluq çəkən ərazilərdə yaşayacaq. Bu isə öz növbəsində sənaye şirkətlərini insanlarla və əkinçiliklə su uğrunda rəqabət aparmağa məcbur edəcək.
«Hökumətlər sənayelərə deyirlər: Buyurun burada işləyə bilərsiniz, amma torpağın altındakı su ilə işiniz olmasın» – o deyib.
Şirkət sahibi inanır ki, firmalar yaxın gələcəkdə yalnız çirkab sularının təmizlənməsinə və dəniz suyunun duzsuzlaşdırılmasına bel bağlaya biləcəklər.
Kosad deyib ki, sənayelər üçün su xidmətlərinin 95 milyard avroluq bazarı ildə 5 faiz artımla inkişaf edəcək. Bu, ildə 3 faiz olacaq qlobal iqtisadi artımdan çoxdur.
Lakin «Financial Times» yazır ki, «Suez» sənaye suları bazarına investisiya yatırdığı bir vaxtda Fransanın enerji qrupu «Engie» neft, qaz, habelə kömür sənayesini tərk etməyə hazırlaşır.
Məqalədə deyilir ki, hazırda sənayelər qlobal suyun beşdə birindən istifadə edirlər, halbuki insanlar bunun yalnız 5 faizini istehlak edirlər. Suyun qalanı kənd təsərrüfatına gedir. «GE Water» şirkəti «ExxonMobil», «Pfizer» və «Nestlé» kimi şirkətlərin sudan istifadəsini və istehlakını idarə edir. Bu ABŞ şirkətinin gəlirlərinin yarısı elə Birləşmiş Ştatlardan gəlir, lakin Kosad deyir ki, sənaye suları üçün əsas bazar inkişaf etməkdə olan ölkələr, o cümlədən, Çindir.
Onun sözlərinə əsasən, Çin hökuməti bundan sonra sudan normal istifadə etməyən şirkətlərin bu ölkədə zavodlar tikməsinə icazə verməyəcək. Maraqlıdır ki, «Suez» şirkəti GE şirkətinin su aqreqatını Kanadanın «Caisse de Dépôt et Placement du Québec» pensiya fondu ilə şərikli alıb.