vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
17:40 | 20 aprel 2022 | Çərşənbə Məqaləyə 1535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Su filteri fırıldağı ...

2 möhtəşəm sehrbazlıq fəndi ilə ovlanan sakinlər ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Tık-tık. Qapı döyülür və ailələrin içməli suyu ilə bağlı araşdırma aparan hansısa meqaqlobal, insanlığın tarixini dəyişmək istəyən xeyriyyə şirkətindən “Ayka” adlı nümayəndə qız əvvəlcə özünü təqdim edir, sonra dastana başlayır. Bu Ayka həm də çalışqan universitet tələbəsi olur, dərsdən sonra gecələr işləyir və sizə də 1-2 dənə tərif yağdırıb keçir mini anketinə.

Anketdəki suallara nə cavab verməyinizdən asılı olmayaraq, sonuc eyni olacaq. Loru dillə desək bütün qapılar eyni küçəyə açılacaq. Sonra bu Aykanın arxası ilə suyunuzun təmizliyini yoxlamağa gələn bir şoumen oğlan üfüqdə görünür. Şoumen “Aliexpress”dən 2 dollara aldığı TDS (Total Dissolved Solids - Ümumi həll olunmuş bərk maddələr) testetmə cihazını salır stəkana, deyir ki, “bu suyun TDS dəyəri çox yüksəkdir, içməli deyil.

Ev sakinlərinin diqqətini çəkən şoumen oğlan 2-ci möhtəşəm sehrbazlıq fəndinə keçir və suyu elektroliz edir. Yəni elektrolizə edən qurğunun məftillərini salır 2 fərqli stəkandakı suya və onlara elektrik verir. Öz gətirdiyi su şəffaf qalır, amma sizin su kanalizasiyadan çıxmış kimi görünür. Oğlan sizə tərəf dönür və gözlərinizə baxıb əsl kişi kimi deyir. “Qardaş, bu suyu ailənə içirdərsən?”

Bu iki metodla ələ alınmış ov ovlanır. Onlara kredit və ya nağd olaraq yüksək qiymətə su filteri satılır. Yeri gəlmişkən həmin filterlərin vaxtaşırı (istifadədən asılı olaraq 3-6 aydan bir) dəyişdirilməli olan adapterləri, ən azı özü qədər bahalıdır.

Əslində isə məsələnin gerçək tərəfi bu cürdür. Bu alətlər suyun tərkibini yoxlamaq üçün kifayət deyil. Suyun tərkibi peşəkar səviyyədə laboratoriyada yoxlanılmalıdır. TDS cihazı suda həll olmuş maddələrin miqdarını göstərir. Suyun elektrolizi isə həll olmuş maddələri sudan ayırır, yəni parçalayır. Suda həll olmuş maddələr ayrılanda çıxan tünd rənglər və bulanıq görüntü suyun çirkli olduğunu göstərmir. Bu, suda minerallar olduğu üçün də bu cür görünə bilər.

Su filterindən keçirilmiş su minerallarını itirmiş ölü sudur. Sizə su filteri satmağa çalışan oğlanın da göstərdiyi zibilə oxşayan su isə böyük ehtimal minerallı sudur. Öz gətirdiyi isə mineralsız – ölü su.