Ziya Məmmədova həbs təhlükəsi
O qədər ciddi ittihamlar var ki, bunları hakimiyyət araşdırarsa, eks-nazirin qapıları uzun müddət bağlanacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya «dincəlirəm» kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.
Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, «topdağıtmaz» «Garant» Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.
Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi «Garant» Holdinq «PAŞA Bank" ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib, oğul Məmmədovun bir neçə əmlakına, o cümlədən «Milyonerlər məhəlləsi» kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir «bu işdən xəbərsizəm» desə də, həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.
Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon «tum pulu» hesab oluna bilər. Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı «yelkən-hotel»i belə itirmək ərəfəsindədirlər.
A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında(Amerika-Azərbaycan Alyansı) külli-miqdarda maliyyə maxanasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə «dirçəldi».
O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, «Trampla işbirliyimiz var» dedi.
Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara «boy göstərən» Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.
Fəqət bu da son deyil. Xəbərlər var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların «Trump Organization» təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.
ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə bağlanmış olar.
Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını-hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. «Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar» deyə, mənbə bildirib.
Z.Məmmədov iddialarla bağlı telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq.