Aqramunt iclasdan qaçdı
AŞPA prezidentinin istefası tələb olundu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aqramunt istefaya göndərilir
AŞPA prezidenti ilə bağlı səsvermə keçirilib
-
Aqramunt istefaya getməyə razılıq verib
Amma bir şərtlə ...
-
«Qəti qərar verəcəyəm»
AŞPA-da Aqramuntun Suriyaya səfəri ilə bağlı dinləmə
-
«Etimad sarsılıb»
Səməd Seyidov: «AŞ PA artıq heç kimi müdafiə edə bilmir»
-
Avropanın paytaxtında Qarabağ etirazları
Brüsseldə Ermənistan səfirliyi qarşısında aksiya keçirilib
-
Səbəbkar kimdir?
Həmməruzəçilərlə görüşə qatılmamaqda günahkar sayılan şəxs açıqlama verdi
-
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) prezidenti Pedro Aqramunt onun Suriyaya səfəri üzrə dinləmələrdə iştirak etməyə razılaşıb. Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
«AŞ PA sədri Pedro Aqramunt üzvlərin əhəmiyyətli sayının xahişlərini nəzərə alaraq, onun Suriyaya bu yaxınlardakı səfəri ilə bağlı Məclisin bütün üzvləri üçün açılmış dinləmələrdə iştirak etməyə razılaşıb», - deyə sənəddə qeyd edilir.
Dinləmələr sabah-çərşənbə axşamı keçiriləcək.
***
15:17
AŞ PA-nın yaz sessiyasının işi dayandırılıb.
Bu barədə RİA Novosti xəbər yayıb.
Səbəb isə Suriyaya səfəri üzündən AŞ PA-nın rəhbəri Pedro Aqramunta etimada dair məsələnin-istefanın nəzərdən keçirilməsi haqqında üzvü olduğu Avropa Xalq Partiyasının iclasında səslənən təkliflər olub.
Ukraynadan olan deputat Borislav Bereza canlı efirdə bildirib ki, AŞ PA sədri çoxsaylı istefa tələblərindən sonra partiyanın iclasından qaçıb.
Baxmayaraq ki, AŞ PA sədri Pedro Aqramunt özü qurumun yaz sessiyasının açılışında bəyan etmişdi ki, Suriyaya səfəri yanlış addım idi: «Nəticəsini nəzərə alaraq, bu səfərin yanlış olduğunu qəbul edirəm».
Virtualaz.org-un məlumatına görə, o həmçinin əlavə etmişdi ki, Assambleyada da bu səfər narazılıqla qarşılanıb: «Bəyan etməliyəm ki, bu səfər təşkilatımızı çətin suallar qarşısında qoydu. Bu səhər Büronun iclasında həmin səfərə aydınlıq gətirdim».
Xatırladaq ki, rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti AŞ PA sədri P.Aqramuntla birgə mart ayında Suriyaya səfər etmiş, prezident Bəşər Əsədlə və sakinlərlə görüşlər keçirmişdi.