vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QALMAQAL  
16:55 | 21 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2389 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səbəbkar kimdir?

Həmməruzəçilərlə görüşə qatılmamaqda günahkar sayılan şəxs açıqlama verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debone Qrex və Pedro Aqramunt bir neçə siyasi partiyanın lideri və REAL hərəkatının təmsilçisi ilə görüşüb.

Görüşdə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azad Demokratlar Partiyası təşkilat komitəsinin sədri Sülhəddin Əkbər və REAL hərəkatının icra katibi Natiq Cəfərli iştirak ediblər. Bəzi saytlarda xəbər yayılıb ki, Müsavat Partiyası dəvətli olsa da, görüşə qatılmaqdan imtina edib.
Müsavat Partiyasının mətbuat xidməti görüşə qatılmaqdan imtina etdikləri barədə yayılan xəbərin yanlış olduğunu bildirən açıqlama yayıb. Açıqlamada deyilir: «Mediada yayıla məlumatlardan məlum olub ki, Müsavat başqanı İsa Qəmbər bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi görüşə dəvət edilməsinə baxmayaraq görüşə qatılmayıb. 
Bildiririk ki, Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə bu gün dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən – yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib. Müsavat Partiyası rəhbərliyinə olan dəvətlərin Müsavat Partiyası başqanının qəbul otağına – 012 447 46 56 saylı telefonla bildirilməsi məqsədəuyğundur».
***

Müsavat başqanının keçmiş köməkçisi Yeganə Hacıyeva İsa Qəmbərin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşdə iştirak edə bilməməsində onu ittiham edənlərə cavab verib. 
Partiyadan bu yaxınlarda istefa verən Yeganə Hacıyeva «Qafqazinfo»ya açıqlamasında bildirib ki, o, ümumiyyətlə, belə bir məktub almayıb: «Beynəlxalq Təşkilatların Azərbaycandakı nümayəndəlikləri ölkədə baş verən prosesləri diqqətlə izləyirlər. Mənim istefamla bağlı az sayda KİV oldu ki, bu barədə yazmasın. Beynəlxalq Təşkilatların əksəriyyəti bilir ki, mən artıq İsa Qəmbərin xarici məsələlər üzrə müşaviri deyiləm. İstefamdan sonra mən heç bir məktub almamışam». 
Qeyd edək ki, Müsavat partiyasının görüşlə bağlı yaydığı məlumatda qeyd olunur ki, İsa Qəmbərin sözügedən tədbirdən xəbəri olmayıb:
«Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə bu gün dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən - yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib».