vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
16:35 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 2071 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəti qərar verəcəyəm»

AŞPA-da Aqramuntun Suriyaya səfəri ilə bağlı dinləmə

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunt (İspaniya), AŞPA üzvləri Jordi Çukla (İspaniya) və Alen Desteksin (Belçika) Suriyaya səfəri ilə AŞPA-da açıq dinləmələr keçirilir.

APA-ya xəbər verir ki, AŞPA sədri P.Aqramunt Suriyaya səfər etdiyi üçün bir daha üzr istəyib: «Mən Suriyaya ispaniyalı senator kimi getmişəm. Suriyada internet və telefonum işləmirdi, ona görə də həmkarlarımı çox gec məlumatlandıra bildim. Mətbuata isə heç vaxt açıqlamalar verməmişəm. Mən orada AŞPA təmsilçisi kimi səfərdə deyildim. Mən orda da dedim ki, Əsəd rejimini dəstəkləmirəm, onun hərəkətlərini pisləyirəm».

AŞPA sədri bu məsələdə Rusiya KİV-ni də günahlandırıb: «Bu məsələdə Rusiya KİV-in də günahı var. Onlar məsələni şişirdib manipulyasiya etməyə çalışıblar. Mən onları bu hərəkətlərinə görə qınayıram».

O, Suriyaya səfəri barədə İspaniya Xarici İşlər Nazirliyinə məlumat verdiyini də qeyd edib: «Məlumat verdiyim şəxsi aprelin 27-də sessiyaya çağırtdıracağam, sizə düzünü desin. Mən artıq həm Assambleyanın, həm də öz reputasiyamı qorunması üçün üzr istəmişəm və bilirəm ki, bu səfəri etməməli idim».

P.Aqramunt bildirib ki, bəzi şəxslər bu səhər AŞPA-dakı kabinetinə girərək, ona aid kağızları və pullarını götürüblər: «Bu haqda həm Avropa Şurasının baş katibinə, həm də polisə məlumat vermişəm».

P.Aqramunt AŞPA sədri vəzifəsində qalıb-qalmayacağı ilə bağlı sessiyanın son günü - aprelin 28-də xüsusi bəyanatla çıxış edəcəyini də bildirib: «Bizim vaxtımız olmadı ki, bunun manipulyasiya olduğunu anlayaq. Mənim səfərimin və bütün bu görüşlərimin əsas məqsədi Avropaya da təsir edən bu müharibəyə son qoymağa yardımçı ola bilmək idi. Beşinci gün Büroda statusumla bağlı qəti qərar verəcəyəm».

J.Çukla isə qeyd edib ki, tələyə düşdüklərini çox gec anlayıblar: «Biz orda olanda çox gec başa düşdük ki, Suriya özü də, elə biz də tamamilə rusların tələsindəyik. Mən totalitar rejimləri qəbul etmirəm, onlara qarşı həmişə mübarizə aparmışam».

A.Desteks bildirib ki, yalnız sonradan bilib ki, heyətdəkilərdən yalnız 3-ü AŞPA üzvü olub: «Mən heç bilmirdim ki, 20 nəfərlik heyətdəkilərdən yalnız 3 nəfəri AŞPA üzvüdür. Bizimlə açıq-aydın manipulyasiya edildi».

Qeyd edək ki, P.Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.