vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SAĞLAMLIQ  
13:20 | 8 may 2017 | Bazar ertəsi Məqaləyə 2989 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xərçəngə dərman axtarırdılar...

... Keçəlliyin çarəsini tapırlar

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, kişilərdə dazlaşmanın və saçın çallaşmasının qarşısını alan krem və ya yağ gerçəkliyə çevrilə bilər. ABŞ alimləri bəzi xərçəng şişlərini tədqiq edərkən təsadüfən saçları yaradan və onları ağardan hüceyrə və geni aşkar ediblər.

Məqalədə deyilir ki, bu tapıntı bir gün kişilərdə dazlaşmanın və saçın ağarmasının qarşısını almaq üçün dərmanların yaradılmasına yol aça bilər.

Dermatologiya professoru Lu Le deyib ki, «biz bəzi şişlərin necə inkişaf etdiyini öyrənməyə çalışırdıq, lakin əvəzində saçların ağarmasının səbəbi olan geni və bilavasitə saçların yaranmasına təkan verən hüceyrələri aşkar etdik».

Professor bildirir ki, bu tapıntı gələcəkdə saç kisəciklərinin lazımi genlərlə təchiz edilməsinə imkan yarada bilər.

Tədqiqat zamanı bəlli olub ki, əsəb sistemində xərçəngin inkişafı ilə əlaqələndirən KR0X20 adlı zülal, dəri hüceyrələrinə yönəldikdə saç kisəciklərinə çevrilir.

Bu başlanğıc hüceyrələr daha sonra gövdə hüceyrəsi faktoru adlanan SCF zülalını yetişdirir ki, bu da saçların rəng piqmentasiyasına cavabdeh olur.

Alimlər siçanların saçyetişdirən hüceyrələrindən SCF genini çıxardıqda, onların tükləri ağarıb. Siçanın toxumalarından KROX20 zülalını istehsal edən hüceyrələr çıxarıldıqda isə siçanlarda ümumiyyətlə tük əmələ gəlməyib.

Professor Le bu nəticəyə gələrkən neyrofibromatoz xəstəliyini tədqiq edirdi. Bu xəstəlik zamanı xərçəng şişləri sinirlərin üzərində inkişaf edir.

Alimlər bundan əvvəl də bilirdilər ki, saç kisəciyinin şişkin hissəsindəki hüceyrələr saçın yaranmasında iştirak edir və SCR piqmentli hüceyrələrdə vacib elementdir.

Alimlər yaxın gələcəkdə hüceyrələrdəki KROX20 zülalının və SCF geninin «düzgün işləməməsinin» səbəbinin adamların yaşlanması olub-olmadığını dəqiqləşdirməlidirlər. Çünki istər dazlaşma, istərsə də saçların ağarması yaşlanma ilə bağlıdır.

Lakin məqalədə deyilir ki, bu elmi araşdırma təkcə «saçlar niyə ağarır və niyə tökülür» sualının yox, həm də ümumiyyətlə insanlar niyə qocalırlar sualının cavabını verməlidir (BBC).