vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
13:14 | 3 yanvar 2014 | Cümə Məqaləyə 2219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev «Şahdağ»dadır

Prezident və ailəsi yeni salınan kurort kompleksində dincəlir

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev məzuniyyətə çıxıb. Virtualaz.org saytı bu barədə mötəbər qaynaqlardan məlumat əldə edib. İlham Əliyev adətən iki dəfə qısamüddətli məzuniyyətə çıxır. Bu, Yeni il bayramından sonra və iyulun sonlarında olur.

Əldə etdiyimiz məlumata görə, prezident İ.Əliyev öz məzuniyyətini bu il ilk dəfə olaraq Azərbaycanda keçirir. Dövlət başçısı dincəlmək üçün ölkənin gözəl təbiət mənzərələrinə malik şimal bölgəsi rayonlarını birini seçib. Belə ki, prezident Əliyev hazırda qış kurortunda - «Şahdağ» dağ xizəksürmə kompleksində istirahət edir.
Rəsmi mənbələr prezidentin qış tətilini harada keçirməsi və məzuniyyətin nə qədər davam edəcəyi barədə bir qayda olaraq heç bir məlumat vermirlər. Bununla belə güman etmək olar ki, İlham Əliyev iş başına ənənəyə uyğun olaraq «20 Yanvar» faciəsinin ildönümü ərəfəsində qayıdacaq.