vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜƏLLİF  
13:28 | 28 sentyabr 2012 | Cümə Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ölüm daşıyanlar»

Anar YUSİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər mediada avtoqəzaların «yol terroru» adlandırılması təsadüfü deyil: hər gün qəzalar və insan ölümü ilə bağlı məlumat alırıqsa, əlbəttə, bunu «terror» adlandırmaqda haqlıyıq.

Haqlıyıqsa, onda məsuliyyəti kim daşıyır? Nə vaxta qədər yollar can almaqda davam edəcək? 
Statistikaları, ölümə səbəb olan hərəkət qaydalarının pozulmasını az qala hər gün izləyirik və artıq etiraf etməliyik: bizim bütövlükdə yol mədəniyyətimiz çox aşağı səviyyədədir və bu təkcə piyada-avtomobil «münasibətlərinə» aid deyil.
Metro qatarlarına sərnişinlərin minib-düşmə «qaydalarını» görmüsünüzmü? Əgər bircə dəfə metrodan istifadə etmisinizsə, demək, indi deyəcəklərimizin şahidi olmusunuz: qatar dayanır, içəridən sərnişinlər düşmək istəyir, ancaq minmək növbəsinə duranlar qapıların qarşısında elə basırıq yaradırlar ki, sanki əsas məqsədləri enənlərə imkan verməməkdir. Hər stansiyada «enənlərlə minənlərin mübarizəsinə» tamaşa etmək qətiyyən xoş deyil. Nə vaxta qədər metro vaqonlarına minib-düşmə qaydalarını öyrənməyəcəyik? Axı, yeni nəsil gəlir, dünyaya açılırıq, Bakının müstəqil bir ölkənin baş şəhəri olaraq mədəniyyət mərkəzinə çevrilməsi prosesi çoxdan arxada qalıb! Bu mədəniyyət beşiyində insanlar hələ də metroya minib-düşməyi, adi və adi olduğu qədər də sadə bir qaydanı mənimsəməyiblərsə, biz nəyə nail olmaq istəyirik?
Eyni hal avtomobil sürücülərinə də aiddir: bir-birinə yol verməmək, qarşı tərəfin yoluna çıxmaq, tıxacı bəhanə eləyib svetoforun işığına tabe olmamaq, qarşıda hərəkətin tam dayandığını gördüyü halda kəsişən yolun ortasına sürməkdən çəkinməmək adətə çevrilib. Əlli addımlıqda olan yeraltı keçidi qoyub, hündürlüyü bir metrə çatan arakəsməni zor-bəla ilə aşan, 12 zolaqlı sürət yolunu keçməyə cəhd edən də bizik, piyadaların keçməsi üçün nəzərdə tutulan «zebr işarəsinə» əhəmiyyət vermədən maşını insanların üstünə sürən, çox zaman, elə bu işarənin üstündəcə həyatları şikəst edən, ömürlərə son qoyan da!
Piyada kimi hansı yol mədəniyyətinə sahibiksə, sürücü kimi də «həmin mədəniyyəti» daşıyırıq.
Bir həftə ərzində «sərnişindaşıma qaydalarını pozduğuna görə» 70 sürücünün cərimələnməsi faktı artıq həyəcan siqnalıdır: ictimai nəqliyyat sürücüləri nə etdiklərinin fərqindədilərmi? Yol qaydalarını pozmağın daşıdıqları insanların canına qəsd olduğunu düşünmürlərmi?
Sükan arxasında əyləşənlər çox yaxşı bilirlər ki, paytaxtda yol hərəkəti qaydalarını sərnişin avtobusunun sürücüləri qədər pozan ikinci zümrə yoxdur. Harda istəyirlər, orda da saxlayırlar; necə maraqlarına sərf edirsə, maşını o cür də sürürlər.
Eyni xətt üzrə işləyən marşrut sürücülərinin dayanacaqlarda bir-birinə yol verməmək və özündən qabağa buraxmamaq üçün avtobusları çəpəki saxladıqlarını və bir neçə dəqiqə ərzində 3-4 zolaqlı yolu tamam bağladıqlarını hər gün neçə dəfə müşahidə edirik? Yaxud, sərnişinlərə «20 qəpik» kimi baxan sürücülərin növbəti dayanacaqdakı «iyirmiqəpiyə» çatmaq üçün bir-birləri ilə əsil yarışa çıxdığını və təkcə özlərinə deyil, bütün ətrafdakı maşınlara təhlükə yaratdıqlarını kim görməyib? 
Nə etməliyik?
Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı cərimələr bir neçə dəfə artırıldı – nəticə yoxdur; artıq reydlər təşkil edilir və piyadalar da cərimələnir, həm də iki dəfə artıq, 20 manat məbləğində – heç bir irəliləyiş görünmür; avtobus sürücüləri yoxlanır, sürücülük vəsiqəsi olmayanlar işdən qovulur, peşəkarlara etibar edilir – qəzaların arası kəsilmir…
Maraqlı təkliflərdən biri də avtobus sürücülərinin gündəlik plandan azad edilməsi, onların hamısının aylıq əməkhaqqıya keçirilməsidir ki, sərnişinlərə artıq «20 qəpik gözündə baxmaq» psixologiyası aradan qalxsın. Amma bunun bir nəticəsi ola bilərmi?
İnanıram və sizi də inandırmaq istəyirəm ki, belə olarsa, indi bir-birindən vaxt və sərnişin oğurlamağa girişən avtobus sürücüləri dayanacaqlardakı insanları götürməyəcəklər, müxtəlif bəhanələrlə axşam saatlarında marşrut xəttinə çıxmaqdan yayınacaqlar, avtobuslararası interval on dəqiqələrlə ölçüləcək!
Daha bir çox təkliflər və münasibətləri müzakirə edə bilərik. Ancaq hamısının sonunda yeganə çarə kimi yenə də «yol mədəniyyətinin» üstünə qayıtmalı olacağıq. 
Nə qədər ki, yol mədəniyyətimiz formalaşmayıb, nə qədər ki, qanunu pozmağı ayıb saymaq əvəzinə qanunsuz hərəkətimizi yol polisinin görməməsi və ya özünü görməməzliyə vurması üçün dəridən-qabıqdan çıxacağıq, bir-birimizin qatili olacağıq.
Bütün sahələrdəki mədəniyyətsizlik ayıb sayıla bilər; ancaq «yol mədəniyyətsizliyi» artıq ayıb deyil, ölümdür!
Bu ölümdən bir an tez xilas olmalıyıq!

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)