«Kreditorlara vəsaitlər yetməyəcək ...»
Rüfət Aslanlı: «...Spekulyasiyalara yol verməyə əsas yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
Faizlər niyə yüksəkdir?
Kreditə üz tutanların sayı artıb
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Dollar krediti ilə bağlı BÖYÜK sirr
Bağlanmış banklarda dollar kreditləri üzrə prezidentin fərmanı niyə icra olunmur?
-
Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
-
“Accessbank”ın böyük yalanı
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir
-
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
-
“Tikinti korrupsiyanın içindədir”
“İkinci yerdə banklardır”
-
ƏSF-nin növbəti israfçılığı
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
-
50 gündən sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək
Uzadılma ehtimalı getdikcə azalır, əmanətçilər başlarına çarə qılır
-
Aslanlı cütlüyünün İtaliyan elitarlığı
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
-
Palatadakı şərab düşkünü...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
-
6 aydan sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək
Bunun bankların nə vaxt bağlanması ilə nə əlaqəsi var?
-
Xalqı soyan lombardlar…
… Yaxud qanunsuz bank fəaliyyəti
-
Rəqəmsal bankçılıq strategiyası
“Fominov Konsalting” şirkəti bir sıra iri banklarda ciddi iş aparır
-
«Dedim qohumdur, yəqin məni tutdurmaz»
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
«Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər». «Bank Standard» QSC-nin ləğvetmə prosesi ətrafında baş verənlər proseslərə ucuz spekulyasiya adı qoymaq olar». Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
«Bilirik ki, «Bank Standard» müflis elan olunub və bu proses müvafiq qanunvericiliyə əsasən aparılır. Bununla yanaşı, mən hesab edirəm ki, proseslər beynəlxalq təcrübəyə əsaslanaraq və ən şəffaf qaydada həyata keçirilir. Müflisləşmə o deməkdir ki, müflis elan olunan təşkilatın, o cümlədən bankın bu proses zamanı əldə olunan aktivləri onun bütün öhdəliklərinin icrası üçün yetərli olmayacaq. «Bank Standard»ın aktivlərini qiymətləndirmək üçün tender keçirildi. Dünyanın hər yerində tanınan KPMG audit şirkəti bankın aktivlərinin ləğvetmə dəyərini qiymətləndirir. Eyni zamanda, «BM Morisson» hüquq şirkəti bankın öhdəliklərinin strukturunu müəyyən edib. Qiymətləndirmə zamanı müəyyən olunub ki, bankın aktivlərinin realizasiyasından daxil olan vəsaitlər ödəmə ardıcıllığı ilə birinci olan Əmanətlərin Sığortalanması Fondunun tələblərinin təxminən yarısını ödəyə bilir. Bu isə o deməkdir ki, yerdə qalan kreditorlara ləğvetmə prosesində olan bankın aktivlərinin realizasiyasından daxil olacaq vəsaitlər yetməyəcək. Bu, obyektiv reallıqdır və bunun ətrafında hər hansı spekulyasiyalara yol verməyə əsas yoxdur. Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər, bu məlumatlara açıqdırlar. Yalnız bank sirri olan məlumatlar üçüncü tərəflərə açıqlanmır», - deyə o bildirib.
Qeyd edək ki, mayın 24-nə «Bank Standard» QSC-nin qorunan əmanətçilərinə 437 mln. 346 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1 faizi deməkdir.