Aslanlı cütlüyünün İtaliyan elitarlığı
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
-
ƏSF-nin növbəti israfçılığı
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
-
Palatadakı şərab düşkünü...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
-
«Dedim qohumdur, yəqin məni tutdurmaz»
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
-
Niyə bağlanmışdı, indi niyə açılır?
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
-
Yeni banklar bağlanacaq?
Palata: «Defoltla bağlı təhdidlər mövcud deyil»
-
«Zəmanət mexanizmi imkan verəcək ki, …»
Vüsal Qasımlı: «Bu addım bank sektorunu böhrandan çıxaracaq»
-
Bağlanan bankın müştəriləri təlaşda
«Dəmirbank»dakı pulların aqibəti necə olacaq?
-
Maxinasiya sobasında əriyən «DəmirBank»
Lisenziyası alınan bankda nələr baş verirdi?
-
İki maliyyə qurumunun «sözü üst-üstə düşmür»
AMB ilə MBNP-nin hərəsinin ağzından bir avaz gəlir
-
Bank sektoru ilin əvvəlindən 16 faizdən çox kiçilib
Kredit portfelində isə bundan 2 dəfəyə yaxın azalma var
-
«Azərbaycanda kollektorların fəaliyyəti qanunsuzdur»
MBNP xəbərdarlıq etdi
-
Konstitusiya Məhkəməsinin son qərarının pərdəarxası
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
-
Bank məcəlləsi nə vaxt qəbul ediləcək?
Prezidentin iki dəfə verdiyi tapşırığı yerinə yetirməyən, dövlətin nüfuzuna xələl vuran kimdir?
-
Bank sektorunda kritik durum
Aslanlının «ovlayacağı» beşlikdə kimlər var?
-
KPMG məsuliyyətə cəlb olunmalıdır!
Müflis bankları yoxlamış audit şirkətini kimlər himayə edir?
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyə Respublikasının “Midek İnşaat Sənaye və Xarici Ticarət Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysəl Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubunun nüsxəsini redaksiyamıza təqdim edib.
O bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Razılaşmaya görə şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.
M.İyigörür həm villa, həm də birləşdirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.
“Roseville Apartments” yaşayış binasında R.Aslanlıya məxsus mənzillər üçün onlarla TIR dolusu materiallar göndərilib.
Şikayətçinin sözlərinə görə, Rüfət Aslanlı həyat yoldaşı Leyla Aslanlı ilə birlikdə İtaliyanın Venessiya şəhərindəki MURANO adasına gedərək orada əl istehsalı, şüşədən hazırlanmış ümumi dəyəri 80 min avro olan 65 ədəd lüstr alıb. Hər bir lüstr L.Aslanlı tərəfindən tək-tək bəyənilərək seçilib.
Onlar İtaliyanın Milan şəhərinə gedərək orada “Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı və lüks italyan mebel firması olan “BELCOR”-dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıblar.
M.İyigörür R.Aslanlı və L.Aslanlı ilə dəfələrlə İstanbulda şirkətin Levent ofisində və ya R.Aslanlı və ailəsinin daim qaldığı “FOUR SEASONS” hotelindəki Suitlərində iclaslar keçirdiyini bildirib. Orada ər və arvadın seçərək bəyəndiyi 3 ədəd əl istehsalı gizli kassalar, Amerika istehsalı olan divar kağızları, balkon mebelləri, yüzlərlə bəzək əşyası, “smart” və səslə işləyən tualetlər, barmaq izi ilə açılan qapılar və “smart”, soyuduculu şərab dolabları, “Aslanlı” ailə nişanı ilə xüsusi olaraq emal edilmiş pərdələr, yataq örtükləri, qoxulu sabunlar, dəsmallar və digər məhsullar onların ünvanına göndərilib.
Mallar Amerika, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb.
Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.
M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.
Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.