Bank məcəlləsi nə vaxt qəbul ediləcək?
Prezidentin iki dəfə verdiyi tapşırığı yerinə yetirməyən, dövlətin nüfuzuna xələl vuran kimdir?
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ƏDV-dən qazanc dəbə minib...
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
Faizlər niyə yüksəkdir?
Kreditə üz tutanların sayı artıb
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
Bakı-Naxçıvan bileti 60 manat
Əli Əsədov fərman imzaladı
-
Kitabsevərlər sevinəcək ...
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
-
Nazirlər Kabineti siyahını təsdiqlədi
ƏDV-dən azad olunan çap məhsulları
-
Prezident fərmanları niyə icra olunmur?
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
-
Sudan ucuz?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Dollar krediti ilə bağlı BÖYÜK sirr
Bağlanmış banklarda dollar kreditləri üzrə prezidentin fərmanı niyə icra olunmur?
-
Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
-
“Accessbank”ın böyük yalanı
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir
-
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
-
“Tikinti korrupsiyanın içindədir”
“İkinci yerdə banklardır”
-
ƏSF-nin növbəti israfçılığı
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
Məlum olduğu kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası məni o cümlədən «bank sahəsində aparılan islahatlara kölgə salmaq»da ittiham edir. Mən bilmirəm söhbət hansı islahatlardan gedir. Çünki hətta Palatanın saytında belə bu islahatların nədən ibarət olması haqda heç bir məlumat yoxdur. Məlum olan isə yalnız odur ki, dövlət başçısı 2 dəfə (!!!) Bank Məcəlləsi layihəsinin hazırlanmasını tapşırıb, amma hələ də sözügedən Məcəllə haqda səs-səmir yoxdur.
İlk dəfə cənab Prezident hələ 26 mart 2004-cü il tarixli Fərmanında İqtisadiyyat Nazirliyinə və Mərkəzi Banka tapşırmışdı ki, «iki ay müddətində başlıca məqsədi bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi ilə uzlaşdırılması, dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması, bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması, bank fəaliyyətində şəffaflığın təmin edilməsi və bütünlükdə bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması üçün Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər». Lakin bu tapşırıq icrasız qaldı! Yəni belə çıxdı ki, dövlət başçısının tapşırığında sadalanan xüsusiyyətlər («dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması», «bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması», «bank fəaliyyətində şəffaflığın təmin edilməsi» və «bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması») hələ də yoxdur! Başqa sözlə, mənim bank sisteminə qarşı dəfələrlə dediklərim bilavasitə Prezident Fərmanından irəli gəlir!
Üstündən düz 10 il ötdü və cənab Prezident 31 oktyabr 2014-cü il tarixli Sərəncamında Nazirlər Kabinetinə bir daha tapşırdı ki, «sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin». 2 il 8 ay ötüb, amma yenə də bu Məcəllədən xəbər-ətər yoxdur! İl yarımdır ki, bank sistemimiz Mərkəzi Bankla yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən idarə olunur. Deməli, Nazirlər Kabinetinə bu işdə məhz onlar yardım etməlidir. Niyə etməyiblər? Hanı layihə? Başa düşmürlər ki, bununla nəinki bank sisteminə, bütövlükdə dövlətə etimadı sarsıdır və hətta dövlət başçısına hörmətsizlik edirlər? Misli görünməyən bir şeydir: prezident 2 dəfə göstəriş versin və 13 il ərzində onu icra etməsinlər! Bank sisteminin əsas qanunu (məcəlləsi) belə indiyədək hazırlanıb qəbul edilməyibsə, Rüfət Aslanlı hansı islahatlardan danışır? İndi bank sisteminin nüfuzuna xələl vuran bütün bu problemləri konkret faktlarla üzə çıxaran mənəm, yoxsa cənab Prezidentin tapşırıqlarını icra etməyən məmurlar?