vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
KRİMİNAL, CİNAYƏT  
17:21 | 1 iyul 2017 | Şənbə Məqaləyə 3265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sayt redaktoru həbs olundu

Sabir Rüstəmxanlının bacısı oğlu deputatın oğlunu şantaj edirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

«BakıPost» internet nəşrinin baş redaktoru, keçmiş deputat Sabir Rüstəmxanlının bacısı oğlu Elçin Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub. Bu barədə Həbib Axundov özü virtualaz.org-a açıqlamasında bildirib.

H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. «O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı»-deputatın oğlu bildirib.

H.Aundov məsələnin obyektiv araşdırılacağına və hüquq-mühafizə orqanlarının cinayətkarı cəzalandıracağına ümid etdiyini bildirib.


***


13:21

«BakiPost» saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən xəbər verir ki, onu bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb.

Məsələ ilə bağlı ətraflı məlumat öyrənməyə çalışırıq.

Məlumat üçün bildirək ki, Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.