vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:23 | 15 yanvar 2014 | Çərşənbə Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanda siyasi məhbus yoxdur»

Bizim hələ də Ermənistanın danışıqlarda səmimi olmasına şübhələrimiz var

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və NATO-nun baş katibi Anders Rasmussen ikitərəfli danışıqlardan sonra jurnalistlərin qarşısına çıxıblar. İlham Əliyev «Azadlıq» radiosunun suallarını da cavablandırıb.

«Azadlıq» radiosu: Cənab prezident, keçən dəfə Brüsselə səfəriniz zamanı dediniz ki, Azərbaycanda heç bir siyasi opponentiniz həbsdə deyil. Lakin İlqar Məmmədov və Anar Məmmədli kimi fəallar hələ də həbsdədirlər. Siz hələ də o fikrinizdə qalırsız ki, Azərbaycanda siyasi məhbus yoxdur?

İlham Əliyev: Bəli, əlbəttə, bu həmçinin Avropa Şurasının Parlament Assambleyasının qərarı ilə təsdiq olunub. Dekabr ayında Avropa Şurasının bəzi üzvləri tərəfindən qaldırılmış bu məsələ qəbul olunmamışdır. Assambleya üzvlərinin əksəriyyəti bu qətnaməyə dəstək vermədi. Bu isə o deməkdir ki, keçən dəfə mən burada Avropa Komissiyasında dediyim “Azərbaycanda siyasi məhbus yoxdur” fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan haqları məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda apreoriy siyasi məhbus ola bilməz. Əgər kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarının həmişə əməl edirik.
Onu da demək istəyirəm ki, “siyasi məhbus” terminin müəyyənləşdirilmiş mənası yoxdur. Biz hesab edirik ki, Avropa Parlamenti və ya Avropa şurası tərəfindən siyasi məhbus məfhumunu müəyyənləşdirilməsi yaxşı ideya olardı. O zaman da kimin siyasi məhbus olub-olmamasını müəyyən etmək olduqca asanlaşardı. Ona görə də sizin sualınıza ən yaxşı cavabı AŞPA-nın 2013-cü ilin yanvarında verdiyi qərardır.

«Azadlıq» radiosu: Ermənistan prezidenti ilə gözlənilən görüşə hansı ümidlər bəsləyirsiniz?

İlham Əliyev: Qarabağ danışıqları ilə bağlı biz nikbin olmaq istərdik, çünki münaqişənin başlanmasından artıq xeyli vaxt keçib və 20 ildir ki, torpaqlarımız işğal altındadır.
BMT-nin erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrini Ermənistan yerinə yetirmir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Dağlıq Qarabağ azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Bildiyiniz kimi, Dağlıq Qarabağdan kənarda Azərbaycanın 7 rayonu da işğal altındadır. Erməni təcavüzünün nəticəsi olaraq 20 ildən çoxdur ki, bir milyon insan evsiz qalıb. Mənim Ermənistan prezidenti ilə sonuncu görüşüm əvvəlki görüşlərdən daha optimistik idi. Danışıqlar prosesində uzun müddət durğunluq dövrü idi. Çünki Ermənistan danışıqların davam etdirilməsinə istək göstərmirdi. Bizim hələ də Ermənistanın danışıqlarda səmimi olmasına şübhələrimiz var ki, onlar danışıqları yalnız status kvonun saxlanması üçün aparırlar.
ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentləri hazırkı status kvonun qəbuledilməz olduğunu elan ediblər və biz bunu Ermənistan üçün ciddi mesaj kimi dəyərləndiririk. Status kvonun dəyişdirilməsi üçün onlar bizim torpaqların işğaldan azad edilməsinə başlamalıdırlar. Görərik-baxarıq. Biz xarici işlər nazirlərimizə tapşırıqlar vermişik. Bizim Vyanadakı görüşümüzdən sonra nazirlər artıq bir dəfə görüşüblər. Ümid edirik ki onlar bu ayın axırında ya gələn ayın əvvəlində yenidən görüşəcəklər və biz Ermənistanın bu prosesdə nə qədər səmimi olduğunu görə biləcəyik. Ümidvaram ki, Ermənistanda real qiymətləndirmə üstün gələcək və biz tezliklə konfliktin həllinə nail olacağıq.

Rasmussen: Azərbaycanla NATO arasında işlək əməkdaşlıq var və bunun genişləndirilməsi potensialını da görürəm.

Bunlardan ən əsası odur ki, bizim silahlı qüvvələrimiz birgə işləyə bilsinlər. Birgə sülhməramlı əməliyyatlarda iştirak edə bilsinlər. İkinci məsələ odur ki silahlı qüvvələrin islahatları davam etməlidir. Bu sahədə NATO-nun böyük təcrübəsi var və biz ümid edirik ki, NATO ilə Azərbaycan arasında əməkdaşlıq bu sahədə də genişlənəcək. Daha bir birgə maraq dairəsi enerji təhlükəsizliyidir. Bunun strateji aspektləri var, təhlükəsizlik aspektləri var. Bu sahədə də əməkdaşlığı inkişaf etdirəcəyik.