vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QƏZA, FACİƏ  
10:32 | 17 yanvar 2014 | Cümə Məqaləyə 1850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Universitetin eyvanı uçdu

Bir fəhlə öldü və digəri xəsarət aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Texniki Universitetində baş vermiş bədbəxt hadisədə xəsarət alan şəxsin vəziyyəti ağırdır. Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, 39 yaşlı Oqtay Məmmədov kəllə-beyin travması alıb. Onun çanaq, bud və çənə sümükləri sınıb.

Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. Yasamal Rayon 28-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yanvarın 16-da baş verib. 3 və 4-cü mərtəbələrin arasında təmir-tikinti işləri zamanı eyvanda uçqun olub. 
Nəticədə orada fəhlə işləyən və hadisə zamanı yıxılan 41 yaşlı Masallı rayon Ərəb kənd sakini Daşqın Çərkəz oğlu Vəliyev ölüb. Daha bir fəhlə isə bədən xəsarətləri alıb. 39 yaşlı Bakı şəhər sakini Oqtay Sərbaz oğlu Məmmədov qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır. (fotolar anspress.com-a aiddir)