vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜSAHİB  
00:17 | 29 iyul 2017 | Şənbə Məqaləyə 1411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əslində yeni bir şey deyil»

Hikmət Hacızadə: «Bu sərəncam Azərbaycan ictimaiyyətinə bir mesajdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «O sərəncam Azərbaycanı durdurmaq fikri ilə verilib»

Rusiya mediasının məlumatına görə, prezident Vladimir Putin Rusiya və Ermənistanın birgə qoşun qrupunun yaradılması barədə hökumətin təklifini təsdiq edib. İki ölkə arasında müvafiq sənəd 2016-cı il noyabrın 30-da Moskvada imzalanıb.

Sənəddə deyilir ki, birgə qoşun qrupunun əsas vəzifəsi Rusiya və Ermənistanın quru sərhədlərini qorumaq və postsovet dövlətlərinin regional hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində işləməkdir.

Prezident Putin Rusiya Müdafiə və Xarici İşlər Nazirliklərinə Ermənistanla danışıqlar aparmağı əmr edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan sazişə münasibət bildirərkən deyib ki, söhbət «artıq fəaliyyət göstərməkdə olan vahid qruplaşmadan gedir».

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, vahid qoşunlar qruplaşması 2000-ci ildə Ermənistanla Rusiya arasında qoşunlardan birgə istifadə etmək haqqında Soçidə imzalanmış saziş əsasında yaradılıb.

Sənədə əsasən, qruplaşmanın vəzifəsi - vahid komandanlıq altında Ermənistan və Rusiyanın müştərək müdafiəsi məsələlərini həll etməkdir.

Qruplaşma Ermənistan ərazisində yerləşən Ermənistan və Rusiya silahlı qüvvələri hərbi hissələrindən ibarətdir və ona, ötən ay prezident Sarkisyanın fərmanı ilə təyin olunmuş, Ermənistan silahlı qüvvələrinin nümayəndəsi general-mayor Andranik Manukyan komandanlıq edir.

Azərbaycanın rəsmi şəxsləri sazişin ratifikasiyasına hələ münasibət bildirməyib. Politoloqlar isə Azərbaycanın da özünə qərbdə mütəffiqlər axtarmasının vaxtının çatdığını bildirir.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə sazişi «Amerikanın Səsi»nə müsahibəsində belə şərh edib.


- Rusiya prezidenti Rusiya və Ermənistanın birgə qoşun qrupunun yaradılması barədə sərəncam imzalayıb. Münasibətiniz necədir?

- Əslində bu yeni bir şey deyil. Onsuz da Ermənistan və Rusiya hərbi hissələri bir mərkəzdən idarə olunur. O mərkəz isə Rusiyadır. Putinin sərəncamı isə Rusiyanın Azərbaycan və Ermənistan ictimaiyyətinə mesajdır ki, mən Ermənistanla bir yerdəyəm. Birdən siz mənimlə razılaşdırılmamış bir hücuma başlasanız, bilin ki, mən ermənilərlə birgəyəm. Bax belədir, vəziyyət. Bu sərəncam Azərbaycan ictimaiyyətinə bir mesajdır.


- Sənəddə bildirilir ki, qoşun qrupu Qafqazda təhklükəsizliyi təmin edəcək. Qafqaz böyük ərazidir. Burada təhlükəsizliyi necə təmin edə bilər? Münasibətiniz necədir?

- Təhlüksəzllik rus anlamında indiki status-kvonun saxlanmasıdır. Yəni biz (Rusiya) haranı tutmuşuqsa-tutmuşuq. Onu nəzərdə tuturlar. Yəni dəyişikliklər olmayacaq. Durum belədir.


- Bu sərəncamın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına hansı təsiri ola bilər?

- Yenə deyirəm, təsir odur ki, Azərbaycan tərəfinə xəbərdarlıq edilib ki, əgər bizsiz (Rusiyasız) hərəkət etsəniz, hücuma başlasanız biz də qoşulacağıq. Belədir, o sərəncam Azərbaycanı durdurmaq fikri ilə verilib.


- Belə bir şəraitdə Azərbaycan və Gürcüstan kimi hökumətlər hansı addımı atmalıdır?

- Hələ ki, rus güclüdür, o məsələni (hərbi əməliyyatlardan söhbət gedir-red) qırağa qoymalıyıq. Onsuz da rus-erməni alyansı ilə biz vuruşa bilməyəcəyik. Bizim gücümüz çatmır. Ona görə, əgər inkişaf etmək sitəyiriksə daxili islahatlar aparmaq lazımdır. Liberallaşmaq lazımdır. Dünyaya dost olmaq lazımdır. Ondan sonra, nə vaxtkı Rusiya çökdü, ondan sonra bizim də dünyaya qapımız açılacaq. Belədir, indi heç bir şey alınmayacaq.