vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ELM-TƏHSİL, DİN  
22:28 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«40 nəfər qalıb ortalıqda»

Macarıstan hökuməti azərbaycanlı tələbələri aldatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir. Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib».

VAXT.AZ xəbər verir ki, bu barədə jurnalist Azər Sarıoğlu «Facebook» səhifəsində yazdığı statusunda bildirib. O qeyd edib ki, Macarıstan hökuməti azərbaycanlı tələbələrdən imtina etdiyi vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi.

«Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə, verməyib. Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 nəfər də qalıb ortalıqda. Ağızlarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil. Təhsil Nazirliyi məktub yazsa da, saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir».

Azər Sarıoğlu hüquqşünaslardan kömək istəyib: «Hüquqşünaslar bu məsələdə necəsə yardım edə bilərlərmi? Valideynlər Tempus Fondunu məhkəməyə vermək istəsələr, hansısa hüquqşünas bu işlə məşğul ola bilərmi?»