
Üç lider eyni gündə “xəstələndi”
Avropa dövlət başçıları Putinin paradında iştirakdan yayındı
Avropa dövlət başçıları Putinin paradında iştirakdan yayındı
Macarıstanda cinsiyyəti dəyişdirməsindən sonra LGBT fəaliyyətləri də qadağan edildi
Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqda qərarı bu addımı atmağa vadar edib
Macarıstanın baş naziri Viktor Orbandan Avropa Birliyinə xəbərdarlıq
Macarıstanın Baş naziri Orban: “İmperiya kömək etmək yox, istila etmək istəyir”
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
“Ömürlük azad olunacaqlar”
Brüssel Budapeştdə təşkil edilən toplantıya aşağı səviyyədə heyətlə qatılıb
AB administrasiyası ilə Macarıstan arasında “cəza” gərginliyi davam edir
Orban: “Qiyamət zamanı təkcə fərdlər deyil, millətlər də mühakimə olunacaq”
“Simvolik də olsa, siqnal göndərməliyik”
Avropa Parlamentinin deputatları Macarıstanın Aİ-də səsvermə hüququnun alınmasını tələb edir
AB-nin Macarıstanla bağlı qərarı
Viktor Orban: “Baş nazir üçün dua edirik”
“Sanksiyalar təcavüzkarın cinayətlərinə görə məsuliyyət daşımasına kömək edir”
Baş nazirdən Rusiya Prezidentinə telefon zəngi
Macarıstanın baş naziri Viktor Orban Rumıniyanın mərkəzi hissəsində macarların məskunlaşdığı Baile Tusnad şəhərində keçirilən festivalda soydaşlarına müraciət edərək bildirib ki, Avropa öz maraqlarının tələblərini bir kənara qoyaraq özünü məhv etmək bahasına ABŞ-ın xarici siyasətini izləyir. Orban dünyada güc balansının Asiya və Rusiyaya doğru dəyişdiyini və Asiyanın yaxın onilliklər, bəlkə də əsrlər boyu dünyada dominant güc mərkəzi olacağını bildirib. Çin, Hindistan, Pakistan və İndoneziyanı gələcəyin böyük dövlətləri kimi qeyd edən Orban, “500 ildə görülməmiş bir dəyişiklik gəlir. Bizim üzləşdiyimiz şey dünya nizamında dəyişiklikdir”.
Ukraynanın NATO və AB-yə üzv olmaq ümidlərini heç vaxt reallaşdıra bilməyəcəyini vurğulayan Orban, “Biz avropalıların bunun üçün kifayət qədər pulumuz yoxdur. Ukrayna bufer ölkə mövqeyinə qayıdacaq”, – deyib. Orban Rusiya və ABŞ arasında razılaşma ilə Ukraynaya beynəlxalq təhlükəsizlik zəmanətlərinin veriləcəyini iddia edib.
***
“Rusiyanın yumşaq gücünün beynəlxalq cazibəsi LGBT əleyhinə əhval-ruhiyyədir”, – deyən Orban, Qərb ölkələrini LGBT-ni müdafiə və təşviq etdiklərinə görə tənqid edib. Xristian dəyərlərinin müdafiə edilməli olduğunu deyən Orban, “Qərbdə əxlaq qalmayıb. Biz bunu Paris Olimpiadasının açılışında da gördük”.
Orban, “Biz dar, incə, avokado, latte, qatqısız liberallar əvəzinə cəsur, millətçi və gənc xristianların toplaşa biləcəyi bir bayraq qaldırmalıyıq”, – dedi.
***
Təxminən 2 saat davam edən çıxışında Orban noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampı dəstəkləyib. Orban Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyini proqnozlaşdırmışdı. Macarıstan lideri təklif edib ki, Avropa o vaxta qədər Ukrayna ilə bağlı siyasətini dəyişməsə, Trampın qələbəsindən sonra edə biləcəyi yeganə iş məğlubiyyəti qəbul etmək olacaq.
Trampın yenidən seçilmək məqsədinin ABŞ-ı post-millətçi liberal dövlətdən yenidən milli dövlətə çevirmək olduğunu və bunun üçün cəzalandırıldığını iddia edən Orban, “Bu səbəbdən onu həbs etmək istəyirlər. Ona görə də mülklərini ələ keçirmək istəyirlər. Heç biri nəticə vermədikdə, onu öldürmək istədilər”.
***
Mühacir əleyhinə fikirləri ilə tanınan və Avropanı “qarışıq irqli cəmiyyət”ə çevrildiyini tənqid edən Orban, azalan və qocalan əhali probleminin həllinin immiqrantları qəbul etməklə olmadığını müdafiə etdi. Orban, “Azalan əhalinin immiqrasiya ilə əvəz olunmasından söhbət gedə bilməz. Qərbin bununla bağlı təcrübəsi ondan ibarətdir ki, qonaqların sayı ev sahiblərinin sayından çox olanda o, artıq ev deyil. Bu, alınmamalı olan bir riskdir, – deyib.