vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜƏLLİF  
23:05 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 3492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pirojki adlı macar qızı...

... Yaxud «Molodyojnı lager»də qafqazlıların intriqası

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Deməli, məmurlar 5-ci mərtəbəyə minnətsiz qalxan vaxtlardı, cavan uşaqlarıq, getmişik Minsk-in yaxınlığında yerləşən «Molodyojnı lager»ə, ismi »Yunost», şəfalı yerdə, gölün sahilində, aylı gecələr, qayıq gəzintiləri, xarici qızlar, beynəlxalq öpüşlər, sosialist ölkələrin tələbələri gəlib tətillərini keçirir.

«Sama soboy», biz də orda, harda aş orda baş «party», Bakidan bir heyət gəlmişik gender məsələlərini öyrənməyə. Valideynlərin gözündən uzaq ədəb-ərkan qaydalarını ağlar qoyuruq.

Amma şuluqluq salan tək biz deyilik, qarlı dağların oğulları arasında gərgin mübarizə gedir, biz qırmızı şampan, ermənilər konyak, gürcülər çaxır, çeçenlər fiziki güc, zahirən «Bratelnik, mi bratya, Kavkaz rulit» filan, amma bir balaca göyçək qız ortalığa çıxan kimi, pərdəarxası intriqalar gedir, ilk məhəbbət sonda əldən gedən kimi.

Nə isə, disko-misko, «tuda-suda», köhnə xanələr artıq bezdirib. Birdən xəbər yayıldı ki, bəs Macarıstandan bir qrup komsomolkalar gəlir, tez tökülüşdük lobbiyə ki, qaymaqlar ermənilərə çatmasın.

Özümüz də geyinib-kecinmışık, saçları ukladka zad, «Malboro» qutusuna Kosmos siqareti doldurmuşuq, sırtıq təbəssümlər, laqeyd baxışlar, cibimizə qəzet büküb qoymuşuq ki, pul kimi görünsün. İnanın Forbs bizi görsə Abramoviçin üzünə tüpürər. Nəysə gözləyirik.

Nə başınızı ağrıdım, axşam düşdü, avtobus gəldi, qapılar açıldı və ... deyirəm, axı nəyə görə biz kişilər belə işgəncələrə dözməliyik, axı niyə?

Qapılar açıldı, nə açıldı, indi bir gözəlçələr düşür ordan, bir gözəlçələr düşür, təsəvvür edin, heç manatın kursu 2015-də belə düşməmişdi. Bunlar necə nazlana-nazlana düşür, hamımız şokdayıq, çeçenlərsə artıq sönüb.

Uzun sözün qısası, durub monitorinq aparırıq, bölgü gedir aramızda, birdən bir dostumuz qıraqdan qışqırdı ki, «Ala, ala, buna bax ala, gör necə dadlı görünür, elə bil pirajkidir!»

Bağırır var gücü ilə ki, «Аla, bu lap pirajkidir e, pirajki, səni qaqan yesin!», səsi götürüb aləmi.

Pəh!

Bir də gördük, qrupdan bir qız cumdu bunun üstünə ki, «Ay əm piroska, ay əm piroska!», elə sevinir, elə sevinir, elə bil test imtahanlarının ləğvindən əvvəl universitetə havayı girib. Soruşduq ayə nə məsələdir?

Sən demə, bunlarda Piroska adı varmış. Amma sözüm onda yox.

Nəyi soruşacaqdım - o düz söhbətdir ki, ürəkdən ürəyə yol var?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)