Heqsetdən Avropa ilə bağlı gözlənilməz addım
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
18:36 | 13 mart 2017 | Bazar ertəsi
Məqaləyə 2714 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Avropada satılan məhsullar geri çağırılır
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Rusiya ordusunun Cənub hərbi dairəsinin komandanlığı ölkənin cənub perimetri boyu yerləşdirilmiş qoşunların qəfil döyüş hazırlığı yoxlamSosializm sisteminin çökməsi XX əsrin ən kəskin geosiyasi sarsıntılarından biri idi. Şərqi Avropa, Baltikyanı, Qafqaz və Mərkəzi Asiya respublikalarının müstəqillik qazandığı şəraitdə Moskva keçmiş «quberniya»larında nüfuzunu qoruyub saxlamağa çalışırdı. Lakin Avropa Birliyi və ABŞ bölgəyə nüfuz edərək Moskvanın təsirini zəiflətməyə çalışırdı.asını elan edib.
Sovet İttifaqının dağılmasından ötən 26 ilə nəzər saldıqda, Qərb-Rusiya qarşıdurmasında Moskvanın sarsıdıcı məğlubiyyətlərə uğradığını görmək olar. Baltikyanı ölkələrin (Latviya, Litva, Estoniya) və Şərqi Avropa respublikalarının (Bolqarıstan, Rumıniya, Çexiya, Polşa, Slovakiya, Xorvatiya, Sloveniya, Albaniya və ) NATO və Avropa Birliyinə üzv olmasından gedir. Hazırda Gürcüstan və Ukrayna da xarici siyasətdə Qərblə inteqrasiyasını əsas tutub.
MDB məkanındakı bütün ölkələrin milli dövlətlərini qura bildiklərini konstatasiya edə bilərik. Bundan başqa, dünyadakı tendensiya da regionalizasiya və inteqrasiya proseslərini sürətləndiyi məqamda MDB ölkələrinin də təhlükəsizlik və iqtisadi sahədə hər hansı birliyə qoşulmağa məcbur olduğunu da deyə bilərik.
Postsovet respublikaları hərbi sahədə NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, iqtisadi sferada isə Avropa Birliyi yaxud Avrasiya İttifaqına qoşulmaqla bağlı müəyyən seçim qarşısında dururlar. Aydındır ki, həm Qərb, həm də Rusiya öz rəhbərlik etdikləri təşkilatlara üzvlüklə bağlı müəyyən təzyiq metodlarından və hətta açıq şantajdanm istifadə edirlər. Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsini imzalamaqdan son anda imtina edərək Avrasiya İttifaqına tələsik üzv olması, analoji addımın sonradan Moldova tərəfindən atılması Kremlin təzyiqlərinin nəticəsi idi.
Amma məsələyə digər rakurs altında baxdıqda Rusiyanın həm siyasi, həm də iqtisadi baxımdan postosovet ölkələrinə daha yaxın olduğnu görə bilərik. Belə ki, bu ölkələrdə istehsal olunan məhsullar demək olar ki, Avropa standartlarına uyğun gəlmir və həmin bazarda alıcısını tapa bilməyəcək. Həmin standartlara cavab vermək üçün isə istehsalı tamamilə dəyişmək tələb olunur. Rusiya isə böyük həvəslə postovet məhsullarını idxal edir.
Digər tərəfdən, tarixi qonşuluq və əsrlərlə eyni dövlətdə yaşamaq təcrübəsi postsovet ölkələrini Rusiya ilə yaxınlaşdırır.
Hərbi mənada isə, Ukrayna və Gürcüstana rus qoşunlarının yeridilməsi zamanı NATO-nun baş verənləri kənardan müşahidə etməsi bir daha göstərdi ki, kiçik regional ölkələr namizəd Qərb Rusiya ilə baş-başa gəlməyə özünü hazır bilmir.
Bütün bu faktorları nəzərdə aldıqda, yaxın onliliklər boyu postsovet ölkələrinin siyasi orientasiyasını müəyyən etmək üçün Qərblə Rusiyanın arasında seçim etməli olacağını söyləmək olar. Hazırki situasiyada tərəflərdən birinin seçimi digər tərəflə konfrantasiya yaşamaq demək olduğu üçün balanslaşdırlımış siyasət ən məqsədəuyğun sayıla bilər.