
Bizim Qafqaz siyasətimiz...
Və ya AMEA-nın Qafqazşünaslıq İnstitutu niyə ləğv edilir?
Və ya AMEA-nın Qafqazşünaslıq İnstitutu niyə ləğv edilir?
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
Riçard Veytz: “Mərkəzi Asiya ölkələri Rusiyadan olan asılıqlarını azaltmaq istəyirlər”
Ermənilərin MK-da oturan rusun qulağına pıçıldadığı adın sahibi dərhal güllələnə bilirdi
... Yaxud Hüseyn Cavid və Sibirdəki Şevçenko
Azərbaycan ən qüdrətli ordular reytinqində Ermənistanı yenə qabaqladı
Qatarın altında qalan SSRİ-nin ilk daxili işlər naziri Kruqlov
Çıxışında Qafqazdakı münaqişələrə toxunan Polşa prezidenti AB-dəki bürokratiyanı tənqid edib
... Yaxud «Molodyojnı lager»də qafqazlıların intriqası
Gərginliyin artdığı bir vaxtda «Azərbaycan hansı mövqe tutacaq» sualına İlham Əliyev qəti cavab verdi...
Postsovet ölkələri Rusiya və Qərbin hədəfində
Bu zaman məfhumu ilk atom bombasının yaradılmasından sonra hazırlanıb
Kommunist simvolları restoranın menyusunu bəzəyir - lakin yeməklər sadə sovet təamlarına bənzəmir
Atom Elektrik Stansiyası təhlükəli vəziyyətdədir!
Rusiya imperatorlarının Qarabağ və İrəvanın Azərbaycana məxsus olması barədə bu günə qədər məlum olmayan iqtibasları tapılıb
Fuad Axundov: ««Erməni lavaşı», «erməni pizzası», «emənisayağı təzə sıxılmış meyvə şirəsi» rişxənd yaradır»
1942-ci ilin yayında Qafqaz uğrunda döyüşlər başladı. Şimali Qafqazın hər yerində olduğu kimi Balkariyada da almanların yaxınlaşmasından istifadə edib sovet hakimiyyəti əleyhinə çıxan, silahlı dəstələr yaradıb dağlara çəkilənlər vardı. Bu dəstələr əsas qoşundan ayrı düşüb geri çəkilən hərbi qruplara hücumlar edir, əsgərləri öldürür, silah və texnikanı ələ keçirirdilər.
Belə hadisələrdən biri noyabrın 22-24-də baş verdi. Yuxarı Balkariya kəndi yaxınlığında qaçaqlar əsgərlərə hücum edərək bir neçəsini öldürdülər, atıcı silahlarla yanaşı zenit topunu ələ keçirdilər. Bundan sonra 37-ci ordunun komandanlığı NKVD-nin 11-ci atıcı diviziyasına ərazini qaçaqlardan təmizləməyi əmr etdi. Diviziya komandiri də bu işi kapitan Nakinin rəhbərlik etdiyi xüsusi dəstəyə tapşırdı.
Nankinin dəstəsi partizanlarla birlikdə noyabrın 28-ə keçən gecə əməliyyata başladı. Bu əməliyyat Çerek dərəsində yerləşən beş kənddə - Yuxarı Balkariya, Yuxarı Çeqet. Sautu, Kunüm, Qlaşevo - əhalini ucdantutma qırmaqdan ibarət oldu. Heç bir şeydən xəbəri olmadan yatan insanların evinə soxulan əsgərlər sorğu-sualsız kişi-qadın-uşaq fərq qoymadan hamını güllələdilər.
Noyabrın 30-a kimi davam edən qətliamda 1500-ə qədər balkar öldürüldü. Nankin özü diviziya komandirinə göndərdiyi məlumatda etiraf edirdi ki, öldürülənlərdən “90 nəfəri bandit, 400-ü silah tuta biləcək kişilər, qalanları isə qadın və uşaqlardır”. Diviziya komandiri də bu məlumatı sakit qarşıladı.
SSRİ-də bu hadisə haqqında danışmaq qadağan idi. Sovet hökuməti almanların 149 nəfər öldürdükləri Belarusun Xatın kəndində böyük bir memorial kompleksi yaratdı, amma Çerek cinayəti ört-basdır edildi və kimsə cəzalandırılmadı.