Qasırğa neft zavodunu vurdu
Qara qızıl bahalaşmaq əvəzinə, ucuzlaşdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Ərzaq ucuzlaşacaq
Dünya bazarında enerji qiymətlərindəki ucuzlaşmanın müxtəlif təsirləri ilə ...
-
3 ilin ən aşağı qiyməti
Qiymətlərin enməsinə ABŞ və Çin başçılıq edir
-
Çin – qiymətlərə ən çox təsir edən faktor
Tələbin azalması səbəbindən neft qısa müddətdə 80 dolların altında qalacaq
-
1,4 milyard dollarlıq cəza
“Meta” Texasda biometrik məlumatlarla bağlı fantastik məbləğdə cərimə ödəyəcək
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
İnəkdən keçən quş qripi
ABŞ-da H5N1 virusuna yoluxan ikinci şəxs karantinə alınıb
-
Neft erası başa çatırmı?
2024 yeni dövrün başlanğıcı ola bilər
-
“Brent” 7 dollar ucuzlaşıb
60 maksimum qiymət bazara mənfi təsir edir
-
Ağ Ev narahatdır
OPEC qiymətləri qaldırır
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
OPEC anlaşmanı pozmadı
Ötən ilin oktyabrında qəbul edilən qərar qüvvədə qaldı
-
Tavana dirənən Rusiya nefti
OPEC-in 2023-cü il kvotaları gələn həftə qiymətlərə təsir edən ikinci amil olacaq
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Ağ Evdən Aİ-nin qərarına dəstək
ABŞ tətbiqin Rusiyanın döyüş qabiliyyətinin azaldacağına inanır
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Harvey qasırğası Texas və Meksika körfəzində neft hasilatına ağır zərbə vurub. CNN yazır ki, normal vaxtlarda belə bir təbii fəlakət təchizat narahatlığı yaradar və neft qiymətlərini qaldırmış olardı. Lakin bunun tamamilə əksi baş verib.
Neft qiymətləri qasırğa zərbəsi ilə eyni gündə 3 faiz düşüb. Bu, son iki ayda neft qiymətlərinin ən böyük enişidir.
Elə isə Harvey qasırğası niyə neftin və benzinin qiymətini qaldıra bilməyib?
Ən maraqlısı budur ki, tarixi qasırğanın ən böyük zərbəsi neftin ən böyük müştərilərini – neftayırma zavodlarını və Amerika sürücülərini vurub.
Harvey qasırğasına görə Körfəz sahili boyunca 10 neft emalı zavodu bağlanmalı olub.
«ExxonMobil» şirkətinin nəhəng «Baytown» zavodunda hətta dağıntı baş verib.
İşləyən neftayırma zavodları da tam gücü ilə işləmir. Hyuston və Korpus Kristi limanları bağlıdır.
Başqa sözlərlə günə 3 milyon barrel xam neft - benzinə və başqa neft məhsullarına emal edilməyib. Bu, bütün ABŞ istehsalının 16 faizi deməkdir.
«FGE Energy» firmasının təxminlərinə görə Harvey qasırğası Körfəzdə günə 380 min barrel, materikdə isə günə 400 min barrel neftin emalına imkan verməyib. Hərçənd neft hasilatı təsirlənməyib.
ABŞ-da şist neftinin hasilatı o qədər yüksəkdir ki, Harvey qasırğasının bütün dağıdıcı zərbəsini dəf edib.
Məsələ burasındadır ki, qasırğa həm də neftə olan tələbata zərbə vurmuş olub. Axı təbii fəlakət Amerikanın dördüncü böyük şəhəri olan Hyustonu iflic vəziyyətinə salıb.
Bu isə avtomobillər, yük maşınları və təyyarələr üçün daha az benzin və dizelə ehtiyac deməkdir.
FGE-nin təxminlərə görə daşqınlar benzinə olan tələbatı günə 150 min barrel azalda bilər.
Son nəticədə bütün bunlar neftin qiymətini qaldırmaq əvəzinə endirib.