vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
18:52 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 2632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DTX «şahinli» terrorçunu tutdu

«Abu Cihad» İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün əvvəl, avqustun 3-də haqqin.az və virtualaz.org saytlarında sosial şəbəkələrə istinadla Azərbaycandan olan İŞİD terrorçusunun fotosu yayılmışdı. Həmin foto terrorçuluğu təbliğ edən və «NorthCaucasus» kimi tanınan bloqer tərəfindən internetdə yerləşdirilmişdi. Görüntüyə əsasən şahin İŞİD terrorçusunun əlindəki tapançanı çıxarmağa çalışır.

Həmin İŞİD-çinin kimliyi məlum deyildi, ilkin versiyaya görə fotodakı şəxsin özbək olduğu təxmin edilirdi. Lakin daha sonra dəqiqləşmişdi ki, bu terrorçu azərbaycanlıdır.

Nəhayət bu gün redaksiyamıza fotodakı İŞİD-çinin kimliyi barədə məlumat daxil olub. Məlumatda deyilir ki, qeyd olunan şəxs İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşmüş, «Abu Cihad» ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğludur. O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Həmçinin məlum olub ki, Eldəniz Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.