«Oğlanlarımın Qarabağda ölməsini istəmirəm»
Ermənistan əhalisi sürətlə nəinki günbəgün, hətta saatbasaat azalır
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Ermənistan əhalisi sürətlə azalmaqda davam edir. BMT-nin hesablamalarına görə, kütləvi miqrasiya, doğumun azalması və sürətli qocalma yaxın 15-20 il ərzində Ermənistan əhalisinin sayını 1,5-2 milyon nəfərə qədər azaldacaq.
Ermənistan Sosioloqlar Assosiasiyasının rəhbəri Qevorq Poqosyan son 20 il ərzində Ermənistanı 1,2 milyon insanın tərk etdiyini bildirib. Bu isə ölkə əhalisinin 33 faizi deməkdir. Sovet dövrü ilə müqayisədə 2 dəfə geriləyən doğum göstəricisi də buna təsir göstərən amildir.
İrəvan küçələrində keçirilən rəy sorğuları isə əhalinin 46 faizinin ölkəni tərk etməyi düşündüyünü göstərir. Vətəndaşların böyük əksəriyyəti Rusiyaya, az bir qismi isə Avropa və ABŞ-a köçür.
Yerli hüquq müdafiəçisi Georgi Vanyan 2016-cı ildə ölkəni 55 min insanın daimi olaraq tərk etdiyini bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən 1989-cu ildə 4,2 milyon əhalisi olan Ermənistanda indi 2,9 milyon sakin yaşayır və onların da 500 min nəfəri iş üçün Rusiya və digər ölkələrdə çalışanlardı.
İqtisadçı, Ermənistan Mərkəzi Bankının rəhbəri Baqrat Asatryan isə 2018-2019-cu illərdə Ermənistanın ciddi demoqrafik problemlərlə üz-üzə qalacağını bildirib. Onun fikrincə, hazırki ölkə rəhbərliyinin bu problemləri həll etmək üçün siyasi iradəsi və konkret planı yoxdur.
Vətəndaşların ölkə ərazisini tərk etməsinin daha bir səbəbi isə Qarabağdakı müharibə təhlükəsi ilə bağlıdır. Azərbaycanın hər an işğal altındakı torplaqlarını azad etməyə hazır olması düşmən ölkənin cəmiyyətini daim psixoloji basqı altında saxlayır.
Epress.am saytına açıqlama verən Anna Melkiyan adlı İrəvan sakini 14 və 12 yaşlı iki azyaşlı oğlu və əri ilə Kanadaya köçdüyünü və bu addımı atmasına səbəb kimi övladlarının Qarabağda xidmət etməsini istəmədiyini deyib.
Onun sözlərinə görə, xüsusən aprel döyüşlərindən sonra bu qərarı verməyə məcbur olub.
Ermənistan vətəndaşları get-gedə daha aydın şəkildə anlayırlar ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi İrəvanın gələcəyi dumanlı olacaq.