vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
09:24 | 24 yanvar 2014 | Cümə Məqaləyə 1954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SAM ən güclülər arasında

Dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlanıb

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Pensilvaniya Universitetinin «Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı» 2014-cü ildə dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) əsas reytinq sayılan «Dünya üzrə top-150 beyin mərkəzi» sıralamasında regional liderliyini qoruyaraq 123-cü yerdə qərarlaşıb. Ötən il SAM bu reytinqdə 124-cü idi.

Hesabatda SAM Mərkəzi və Şərqi Avropanın 31-ci ən yaxşı beyin mərkəzi seçilib. 
Ən yaxşı təbliğat aparan beyin mərkəzlərinin reytinqində SAM 52-ci olmuşdur.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi dünyada 27-ci, Avropada isə 9-cu ən güclü dövlət beyin mərkəzi seçilib.
Ən yaxşı idarə olunan beyin mərkəzlərinin siyahısında isə SAM dünyada 49-cu yerdədir.
Hesabatda Azərbaycanda 17 beyin mərkəzinin olduğu qeyd edilib ki, bu da ölkəmizin MDB məkanında Rusiya və Ukrayna ilə birlikdə ilk üçlükdə qərarlaşdığını göstərir. 
Azərbaycan beyin mərkəzlərinin Pensilvaniya Universitetinin «Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı»nın yeni reytinqində üstün mövqeləri Azərbaycan Prezidenti İlham Əliyevin «qara qızılın insan kapitalına çevrilməsi» siyasətinin bariz nümunəsidir.