vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
18:26 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 1598 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da hasilat artdı

Neft bir gündə 2 dollar ucuzlaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya neft bazarında xam neftin qiymətlərində 2 dollara qədər ucuzlaşma qeydə alınıb.

APA TV-nin məlumatına görə, həftənin son satışlarında «Brent» markalı 57,16 dollara qədər bahalaşdıqdan sonra 55,22 dollara qədər ucuzlaşıb. Satışların son saatlarında bu markadan olan neft yenidən bahalaşaraq 55,52 dollardan satılıb.

Qərbi «Texas» nefti də dəyər itirib. «WTİ» nefti son 24 saat ərzində 50,73 dollardan 49,22 dollara qədər ucuzlaşıb. Hər iki marka arasında qiymət fərqi 6 dollardan çoxdur.

Bu, ABŞ-ın neft bazarında təsirinin artmadığını göstərir. Bu ölkədə neft quyularının sayı da azalıb. Son açıqlamaya görə, 2-6 oktyabr tarixlərini əhatə edən hesabat dövründə işlək quyu sayı 748-ə düşüb. Beləliklə, ABŞ-da son beş həftədə fəal quyuların sayında dördüncü dəfə azalma qeydə alınıb. Bununla belə ölkənin xam neft hasilatı artmaqdadır.