vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
22:40 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 1970 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir azərbaycanlı öldürüldü

Mücahidlər «Muhammed» ləqəbli döyüşçünün fotosunu sosial şəbəkələrdə yayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada daha bir azərbaycanlının öldürülməsi ilə bağlı xəbərlər yayılıb. Mücahidlər “Muhammed” ləqəbli azərbaycanlının fotosunu sosial şəbəkələrdə yayaraq, onun Bəşər Əsəd tərəfdarları tərəfindən öldürüldüyünü bildiriblər. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Amma bu ölkədən gələn xəbərlərdə bildirilir ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan gənclərin böyük əksəriyyəti Azərbaycanın şimal bölgələri olan Balakən və Zaqatala, o cümlədən Sumqayıt sakinləridir.

Müxtəlif saytlarda vəhabilərin lideri kimi təqdim olunan birinin öz evini məscidə çevirməsi barədə xəbərlər yayıldıqdan sonra, biz bu məlumatın nə qədər doğru olub-olmadığını aydınlaşdırmaq qərarına gəldik. Haqqında danışılan Zöhrab Şıxəliyev ona qarşı irəli sürülən bu ittihamları əssassız olduğunu bildirdi. 
Zöhrab Şıxəliyev məsciddə namaz qılmaqla yanaşı, möminlərlə fitnə-fəsada uymamaq və radikallara qoşulmamaqları barədə də söhbətlərin aparıldığını da deyir. Ümumiyyətlə, Suriyada vəziyyət gərginləşəndən sonra Azərbaycandan da xeyli sayda gənclər bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıblar. Həmin döyüşlərdə bu günədək 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.