vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
11:19 | 4 dekabr 2022 | Bazar Məqaləyə 1651 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

PKK əl çəkir, ABŞ yox ...

Patrul əməliyyatları bərpa edildi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ PKK-YPG terror təşkilatlarının onurğasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri ilə ötən həftə dayandırdığı əməkdaşlığı yenidən bərpa edib.

“Associated Press” xəbər agentliyi ABŞ-ın Suriyanın şimalında Suriya Demokratik Qüvvələri ilə birgə patrul əməliyyatlarını bərpa etdiyini açıqlayıb.

Suriya Demokratik Qüvvələrindən keçən həftə İngiltərə xəbər agentliyi “Reuters”ə verilən açıqlamada ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə terrorla mübarizə əməliyyatlarının dayandırılmasına qərar verildiyi bildirilib. Buna səbəb Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları göstərilib. Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder isə İŞİD-ə qarşı mübarizədə əməkdaşlığın bitmədiyini açıqlamışdı.

Bu açıqlama Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Abdinin Vaşinqtondan Ankaraya daha güclü mesaj verməsi tələbindən sonra gəlməsi diqqət çəkib.

“Associated Press”in məlumatına görə, dünən Hasake əyalətindəki bazadan ABŞ və Suriya Demokratik Qüvvələrinə məxsus zirehli texnikanın birlikdə çıxdığı görülüb. Patrul qüvvələrinin İraq sərhədi yaxınlığındakı başqa bir ABŞ bazasına keçdiyi bildirilib.

ABŞ rəsmiləri dünən yenidən başlayan patrulların İŞİD-ə qarşı olmadığını, ancaq İŞİD-lə əlaqəsi olan məhbusların və onların ailələrinin saxlandığı düşərgələrlə məhdudlaşdığını açıqlayıb.

Noyabrın 13-də İstanbulun mərkəzi Taksim meydanının yaxınlığındakı İstiqlal küçəsində 6 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Türkiyə Suriya və İraqın şimalına hava əməliyyatı başlatdı. Prezident Rəcəb Tayyib Ərdoğan bunula bağlı açıqlamasında tezliklə quru əməliyyatına keçəcəklərinə də işarə edib.

ABŞ və Rusiya isə quru əməliyyatına qarşı bəyanatlarla çıxış ediblər.