Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
20:36 | 2 dekabr 2022 | Cümə
Məqaləyə 1149 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien ABŞ-ın Suriyadan qaçaqmalçılıq yolu ilə neft və taxıl daşıdığını və bunun indiyədək 100 milyard dollardan çox resurs itkisi ilə nəticələndiyini iddia edib.
Cao Pekində keçirdiyi gündəlik mətbuat konfransında ABŞ ordusunun dekabrın 1-də Suriyanın şimalından 54 neft yüklü tankeri Şimali İraqdakı bazalarına köçürdüyü iddiasını dəyərləndirib.
Cao, Suriya rejiminin rəsmi məlumatlarına görə, ABŞ-ın qaçaqmalçılıq fəaliyyətinin ölkədə vətəndaş müharibəsinin başladığı 2011-ci ildən 2022-ci ilin birinci yarısına qədər 100 milyard dollardan çox itkiyə səbəb olduğunu bildirib: “Bu, qanunsuzdur. ABŞ-ın Suriyada əsgərləri olması, "Suriyadan neft və taxıl qaçaqmalçılığı və ABŞ-ın Suriyaya raket hücumu təşkil etməsi qeyri-qanunidir".
Qaçaq neft səbəbiylə qış aylarında xalqın problem yaşayacağını bildirdiyini iddia edən Cao, beynəlxalq ictimaiyyəti vəziyyətə seyrçi qalmamağa və iddiaları diqqətlə araşdırmağa çağırıb.
ABŞ-ı bir tərəfdən "qaydalara əsaslanan beynəlxalq nizamı" müdafiə edərkən beynəlxalq hüquq və qaydaları pozmaqda günahlandıran Cao deyib: “ABŞ “qaydalar”dan danışanda adətən öz maraqlarına xidmət etmək və ya hegemonluğunu saxlamaq üçün bəhanələr tapmağa çalışır. Fransanın Vaşinqtondakı keçmiş səfiri Gerard Araud və bir çox başqalarının dediyi kimi, “Amerikalılar istədiklərini edirlər, hətta bu, özlərinin beynəlxalq hüquqa zidd olsa belə”. Dünyanın qalan hissəsi bu nizamı belə görür”.