
Bakı-Dəməşq dialoqu
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
İsrailin Suriyadakı maraqları iki istinada söykənir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Vaşinqton Suriyada dürzilərə qarşı zorakılığı pisləyir
Dürzilər yeni administrasiyaya məzhəbçilik və separatizm təhlükəsi barədə xəbərdarlıq edir
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı
Dürzilər haqda nə bilirik?
Basqınlar zamanı ailələrin evlərindən zorla atıldığı iddia edilir
Əsəd dövründə postlarını tərk etmiş keçmiş diplomatlara yeni hökumətdən çağırış
Suriya hər bir regional oyunçunu tarazlaşdırmaq istəyir
“Ekstremistləri məhv etmək, fələstinli qrupları qovmaq”
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
Suriyada kimyəvi silah xəbərdarlığı
Türkiyənin Suriyanın parçalanmasını istəmir
Suriyada Türkiyənin ən azı 2 hərbi kontingenti olacaq
Bu gün Suriyanın cənubundakı Süveyda şəhərində Bəşər Əsəd qüvvələri ilə yerli əhali arasında toqquşma olub. İqtisadi böhrana cavab olaraq onlarla nümayişçi qubernatorluğun ofisinə basqın edib.
Hadisələr səhər saatlarında 200-dən çox nümayişçinin qubernatorluq binası qarşısına toplaşdığı zaman başlayıb. Əsəd administrasiyası əleyhinə şüarlar səsləndirən kütlə daha sonra binaya basqın edib. İçəridə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma baş verərkən, etirazçılar binanın bəzi hissələrini yandırıblar.
Etirazçıların Əsədin şəkillərini binadan endirdiyi və qubernatorluğa aid bir çox rəsmi sənədləri yandırdığı deyilir. “Reuters”ə danışan şahidlər binanın daxili hissələrinin böyük ölçüdə yandığını, qubernatorun həmin vaxt binada olmadığını və binanın boşaldıldığını bildiriblər.
Qarşıdurma zamanı xəsarət alanların olduğu deyilir. Xəstəxanadakı mənbə də ən azı bir nəfərin öldüyünü açıqlayıb.
2011-ci ildə Suriyada başlayan müharibədə münaqişələrdən xeyli xilas olan və Əsəd hökumətinin hərbi əməliyyatlarında iştirak etməyən dürzilərin sıx yaşadığı Süveydada son vaxtlar gərginlik artıb. İyul ayında Əsəd hökumətinin təhlükəsizlik qüvvələri ilə yerli əhali arasında baş verən qarşıdurmada ən azı 17 nəfər həyatını itirmişdi.