«Emiqrasiya güclənəcək»
Ara Papyan: «Aprel müharibəsinə görə erməni generalları həbs edilməlidir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Erməni politoloq, «Modus Vivendi» mərkəzinin direktoru Ara Papyan «Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında» qanun layihəsini tənqid edib. Həmin sənədə əsasən, Ermənistanda dövlət sifarişi üzrə ali təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququ ləğv edilir.
Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, Ermənistan parlamentində birinci oxunuşda qəbul edilmiş qanun layihəsi emiqrasiyanı gücləndirəcək.
«İnsanlar artıq indidən 18 yaşına çatmamış övladlarını ölkədən çıxarırlar ki, hərbi xidmətdən yayınsınlar, - Papyan müsahibəsində deyib. – Bu qanunla emiqrasiya güclənəcək».
O əlavə edib ki, qanun layihəsi yaxşı motivlərlə köklənsə də, ədaləti təmin etməyəcək, yenə dolayı yollar tapanlar olacaq. «Elə təklif qəbul edilməlidir ki, məsələn, hərbi xidmətdə olmayanlar müəyyən vəzifələri tuta bilməsinlər», - ekspert deyib.
Papyanın sözlərinə görə, Azərbaycanın Ermənistandan üstünlüyü ondadır ki, insan ehtiyatlarına deyil, texnologiyalara istinad edir.
Onun fikrincə, orduda ədalət vacibdir. «Misal üçün, hazırda həbsxanalar aprel müharibəsini uduzmuş general və zabitlərlə dolu olmalı idi».
Xatırladaq ki, qanun layihəsi ölkədə böyük rezonans doğurub və tələbələr etiraz aksiyaları keçiriblər.