vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
23:17 | 16 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan Bakıya «rasist» - deputat göndərir

Naira Zohrabyan «zəncilər üçün reyslər» ifadəsinə görə, erməni mediasının tənqidinə tuş gəlmişdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sarukyan» blokundan erməni deputat, Avrointeqrasiya üzrə parlament komissiyasının başçısı Naira Zohrabyan Ermənistanda mülki aviasiyanın vəziyyəti haqda çıxış edərkən irqçi fikirlər səsləndirib.

Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i yazıb.

N.Zohrabyan bəyan edib ki, Ermənistanda aviabiletlər dünyada ən bahalı biletlərdir, amma onlar harasa gedəndə zəncilər kimi gedirlər: «Bunlar zəncilər üçün reyslərdir, bizim təyyarələrimiz Avropa ölkələrinə gecə saat 4-də enir».

Onun sözlərinə görə, başqa ölkələrdən «ağ» reyslər həyata keçirilir.

Deputat Ermənistan vətəndaşlarının Avropaya uçmaq üçün avtobuslarla Tbilisi aeroportuna necə getdiklərindən də danışıb. «Mənə izah edin, Ermənistan-Yunanıstan çarter reysinə bilet Gürcüstandan həmin reysə olandan niyə iki dəfə bahadır», - deyə N. Zohrabyan hiddətlə soruşub.

Maraqlıdır ki, deputat «zənci» sözündən istifadə etdiyi üçün erməni KİV-ində tənqidlərə məruz qalıb.

«Avrointeqrasiya üzrə parlament komissiyasının başçısına irqi müqayisələr aparmaq yaraşmır. «Zəncilər üçün reyslər» nə deməkdir? Naira Zohrabyana məlum olmalıdır ki, quldarlıq çoxdan ləğv edilib, «zəncilər» indi, öz maliyyə durumundan asılı olaraq, başqalar kimi bütün reyslərdə uçurlar. İndi dünyada tamamilə başqa bölücü xətlər var və qul-quldar çoxdan yoxdur, hərçənd ki, erməni «elitası» özünü aristokratiyaya aid etməyə başlayıb və gündüz reysləri tələb edir», - deyə lragir.am yazıb.

Naira Zohrabyan o partiyanın üzvüdür ki, Ermənistanı, necə deyərlər, Avropa Birliyinə soxsunlar deyə, əlindən gələn hər şeyi edib...

Yeri gəlmişkən, 2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.

Məlumata görə, iclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq. Daha dəqiq desək, iclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropaya İnteqrasiya məsələləri üzrə komissiyanın sədri, həmin bu Naira Zohrabyan təmsil edəcəklər.