Məscid axundu dövləti hədələdi
«Məscid bağlanarsa, sakit dayanmayacağıq, məsələnin sonuna gedəcəyik, müəyyən tədbirlər görmüşük»
Murad ƏHMƏD, Nərminə VƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
QMİ yuxudan ayıldı
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
-
Məktəblərdə dini biliklər necə veriləcək?
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
-
“Bizə kömək edin”
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
-
Qiymətlər 570 dollar bahalaşdı
Həcc ziyarətində müqavilədə bəzi şərtlər...
-
Kimlərə «hacı» deyilə bilər?
QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»
-
Şeyxülislam vəzifəsi necə yarandı?
Qafqazın ilk şeyxi kim olub?
-
Şeyxdən qiyamətə qalmayan qisasım
Onun da öz üsulları var ...
-
Şeyxin kürəkəni həbs edildi
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
-
«...Şeyxi pərişan gördüm»
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
-
«Pul yığımını yığşdırın»
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
-
Həcc ziyarəti başladı
Harvi qasırğası Luiziyana ştatına istiqamət götürüb
-
«Şeyx hələ indi-indi «razqon» götürüb...»
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
-
İslam Universitetində magistratura pilləsi yaradılıb
BİU-da tələbə qəbulunda da artım var
-
Təkrar Həccə əlavə 535 dollar vergi
Bu il Azərbaycandan gedəcək 900 zəvvarın 70 nəfəri azı bir dəfə ziyarətdə olub
-
Pivə içən molla fotosunun müzakirəsi bitmir
QMİ onu təxribatçı hesab edir
-
Bütün inanclar bir süfrə arxasında
İlham Əliyev iftar mərasimində iştirak edib
Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) artmaqda olan dini ekstremizmlə bağlı keçirdiyi toplantıda çıxış edən İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Aşurbəy məscidi ilə bağlı idarənin sədri Allahşükür Paşazadəyə müraciət edib. Axundun məsciddə xoşagəlməz halların baş verdiyini deməyi və ibadət evinin bağlanmasını istəməyi adıçəkilən məscidə gedib-gələn insanları narahat edib. İddiaların nə qədər əsaslı olduğunu öyrənmək, Aşurbəy məscidindəki ümumi vəziyyəti görmək üçün Hafta.az-ın əməkdaşları həmin məsciddə olublar.
İçərişəhərdə, Cümə məscidinin yaxınlığında yerləşən Aşurbəy məscidi daha çox «Ləzgi məscidi» adıyla tanınır. Bura daxil olmaq üçün bir neçə pilləkən düşüb qapıya yaxınlaşdıq. Reportaja həmkarım Nərminə Vəliyeva ilə birgə getsəm də, hicabda olmadığına görə o, məscidə buraxılmadı. Məsciddə fəaliyyət göstərən icmanın məsul şəxsi Ramin Həmzəyevin sözlərinə görə, onun dini geyimdə olmadan ibadət evinə girməyi hüç cür mümkün deyil: Şəriətin qaydası budu, mən çarəsizəm. Amma başqa bir yerdə əyləşib bu barədə danışa bilərik».
Məscidə daxil olduqda məni qarşılayan şəxs «sünni namazı qılmağa gəlmisənsə,
buyur keç» deyib yer göstərdi. Jurnalist olduğumu deyəndən sonra məscidin məsul
şəxsi ilə görüşdük, foto çəkiliş və müsahibə üçün razılıq verdi. Mövzunu
açıqladıqda isə artıq qısa olaraq cavab verdi: «Biz bunları çox gözəl şəkildə
cavablandıracağıq. Məscidi bağlamaq olmaz. Bu belə gedə bilməz, mən bunu
birbaşa prezidentə ünvanlayıram. Bir icmanın dövlətə qarşı olan addımlarını
sübut etmək lazımdı. Əgər doğrudan da belə bir şey varsa, həmin icma
qapadılmalı və üzvləri «içəri» girməlidir. Bu məsələni gündəmə gətirənləri,
Qamət Süleymanov da daxil olmaqla, hamısını debata çağırıram. Əgər belə bir şey
təşkil edə bilsəz, gəlsinlər baxaq görək bunu sübut edə bilərlərmi ki, burada
nəsə problem yaşanır? Bu söz-söhbətlər Qamət Süleymanovun ağzından çıxan
kəlmələrin nəticəsidir. Hacı Surxay mənim çox yaxşı münasibətdədir Mən birbaşa
onun özündən soruşacağam ki, bu söhbəti haradan atıb ortalığa? Allahşükür
Paşazadənin özünə kimi gedib çıxacağıq ki, bu sözü deyən adam sübut etsin.
Etməsə, özü üçün problem yaranacaq. Sübut etməsə, mən bilirəm nə edəcəyəm.
Vəziyyəti artıq bu həddə çatdırıblar».
Müsahibəyə başlayan zaman məscidə bir nəfər girdi. Gürcüstandan gəldiyini və
Suriyada təhsil alan Dilman Hacını soruşdu. Yeddi ildir namaz qıldığını deyib
dini mövzuda bir neçə dəqiqəlik söhbət etdi. Quranı oxuduğunu, müqəddəs kitabda
77 277 kəlmə, 6236 ayət, 3 211 216 hərf istifadə olunduğunu dedi.
Bundan sonra Ramin Həmzəyevlə müsahibəyə başladıq:
- Əvvəlcə özünüz və məscid haqda danışardınız...
- Ramin Həmzəyev. 1996-cı ildən Allaha səcdə etmək mənə qismət olub, 2006-cı
ildən bu məsciddəyəm. Ən cavan kadr mənəm. Elə burada məsciddə qalıram. Allah
evinin xidmətçisiyəm. Bəzi mənbələrə görə, məscidin tikilmə tarixi 1112-ci
ildi, amma digər variantda isə 1169-cu il göstərilir. Bakıda yaşayan ləzgilər
tikib. Tarixi mənbələrdə də belə göstərilir. Məscidin adı əslində Aşurbəy yox,
Ləzgi məscididir. Sovet dövründə bura ermənilərin xaarratxanası olub. Burada
bütün insanlar ibadət edə bilər, müsəlman özü tək millətdi. Məsciddə fəaliyyət
göstərən dini icmanın sədri Faiq Mustafa qardaşımızdı. İmam təzəlikcə dəyişib,
yəqin ki, yaxın günlərdə bunun üçün seçim olacaq. Məscid kimi 1994-cü ildən
fəaliyyətini bərpa edib.
- Məscidin fəaliyyəti necə tənzimlənir?
- Gündüzlər daim açıq olur, gecələr qapı bağlanır. Sübh namazından bir saat
əvvəl açılır. Gün ərzində 300-ə yaxın şəxs burda ibadət edir. Cümə namazlarında
insanlar çox sıx formada dayanır.
- Niyə «vəhhabi»lər cəmiyyətdə radikal təbəqə kimi tanınır?
- Sonuncu proseslər də onu göstərdi ki, bunlar nəyəsə xidmət edir. Azərbaycanda
dini bilgisi yüksək olan mütəxəssis yoxdu. Ölkədə ən güclü dini elm sahibləri
sələfi tələbələridi. Azərbaycanda dini maarifçilik zəif olduğundan kimlərsə öz
mövqeyini qorumaq üçün belə qərəzli addımlar atır. Hətta böhtandan da istifadə
edirlər. Amma böhtan vicdansızların əməlləridi. Bizə «vəhhabi» adı qoyurlar.
Amma hələ də sübut edən olmayıb ki, «vəhhabi» təriqəti var. Çünki yoxdu belə
bir təriqət. Məsləhət olardı ki, bu vicdansızların istifadə etdiyi kəlimələr
davam etməsin.
- Bu məscidin insanları Suriyaya getməyə çağırış etməsi iddiası ilə bağlaması
təklif olunub. Buna cavabınız nədir?
- Mən dünənki məsələdən sonra Hacı Surxayla görüşüb soruşacağam ki, dediyi
sözlər nəyə əsaslanır? Biz hətta Paşazadənin özü ilə də görüşəcəyik. Allahın
evinin bağlanması asan bir şey deyil və təhlükəlidi. Hər hansı dini icma ölkə
daxilində iğtişaş yaratmağa cəhd edirsə, icmanın özünü aradan götürmək lazımdı,
məscidi yox. Və problemlidirsə, bu sübut olunmalıdı. O ki qaldı Suriyaya gedən
insanlara, ola bilər ora gedənlərdən kimsə vaxtilə gəlib burda namaz qılıb.
Ölkədən Suriyaya iki cür camaat gedir: şiə və əhli-sünnə. Hər kəsin özünün
fərdi fikri var. İnternetdə baxırlar ki, Bəşər Əsədin əsgərləri uşaqları
diri-diri doğrayır, diri-diri basıdırır. Bu cür şeyləri görürlər, heç kimlə
məsləhət etmədən çıxıb gedirlər Suriyaya. Həmçinin, şiə camaatı, onlar da
gedirlər. Şiələr Bəşər Əsədə kömək edir, əhli-sünnələr isə Bəşər Əsədə qarşı
vuruşur. Bu çox dərin müharibədi. 1400 il əvvəldən bu müharibə haqda deyilən
hədislər var. Azərbaycanda dövlətin Suriyaya getmək barədə nə icazəsi, nə də
qadağası var. Suriyaya getmək hər bir insanın şəxsi seçimidi.
- Sizin münasibətiniz necədi? Suriyadakı müharibəyə getmək lazımdırmı?
- Mən burda sizinlə söhbət edirəmsə, deməli Suriyaya getməmişəm. «Suriya
müharibəsinə getmək lazımdırmı» sualına isə Səudiyyə Ərəbistandakı ən böyük
alimlər cavab verə bilər. Suriyadakı müharibə hərbi müstəvidən çıxıb, şəri
münaqişəyə çevrilib. Azərbaycanda dövlət hələ ki, bu işə müdaxilə etməyib. Amma
görünür ki, müəyyən qadağalar olacaq. Dövlət bunun qarşısının alınması üçün
tədbirlər görməyə çalışacaq. Dövlətin müdaxiləsinə görə məsələlər daha da
böyüyə bilər.
- Məscid bağlanarsa, çıxış yolu kimi nə edəcəksiniz?
- Burda gəlib ibadət edənlər bizdən soruşmurlar ki, Suriyaya gedim, ya yox? Ora
gedənlərin əksəriyyəti 25 yaşdan yuxarıdı. Belə sərbəst adamın kimdənsə
Suriyaya gedib-getməmək haqda soruşması gülüncdü. Məscidin dini icmasının
fəaliyyəti bu kimi şeylərdən uzaqdı. Bu məsciddə heç vaxt heç kimə deyilməyib
ki, Suriyaya gedin. Bu məscidin dini icmasının cəmiyyətdə problemli olduğu
sübutu yetirilməlidi, ondan sonra bağlanması müzakirə edilə bilər. Məscid
bağlanarsa, sakit dayanmayacağıq. Bu məsələnin sonuna kimi gedəcəyik. Artıq
müəyyən tədbirlər görmüşük.
- «Sələfi»lərin toplaşdığı digər məscidlər də var. Niyə məhz bu məscid gündəmə
gəldi?
- Bu bizim üçün də açılmamış bir sirdi. Məsciddə kameralar da var. Əgər burda
hər hansı qanundankənar hal olsaydı, qeydə alınardı. Əgər sübut olmadan bu
məscidin bağlanması gündəmə gətirilirsə, bu artıq böhtandı. Böhtan atan şəxs
isə buna görə cavab verməlidi.
- Sonda demək istədiyiniz bir şey varmı?
- Ölkədə bu mövzuda durum heç də ürəkaçan deyil. Dini mövzuda sabitliyin
pozulmasına cəhd var. Kimlərsə mövqe qazanmaq yaxud özlərinin İslam çərçivəsindən
çıxmış mövqeyini saxlamaq üçün müəyyən böhtan xarakterli sözlərlə çıxış
edirlər.