Yaxın Şərqdən uzaq sülh
Böyük faciə planının gerçəkləşdirilməsi
Xalid KAZIMLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
İsrail Livanda nə planlaşdırır?
“Əqsa qətliamı “HƏMAS”dan yox, “Hizbullah”dan gözlənilirdi”
Bu gün Yaxın Şərqdə baş verən faciəvi hadisələrin, gedən ağrılı proseslərin «xəstəlik tarixçəsi» çox qədimlərə dayanır. Bu bölgədə heç vaxt əmin-amanlıq, sabitlik olmayıb. Hər zaman müharibələr, işğallar, əsarətlər, qətliamlar, zülm-zillət olub.
Adi bir misal: bu gün adı hər kəsin dilində olan QüdsYerusəlim şəhəri yaranışından bəri 44 dəfə müxtəlif dövlətlərin, xanədanların işğalına məruz qalıb.
44 dəfə! Bu, o deməkdir, şəhərin hakimləri həmişə müvəqqəti olub, bir-birini əvəzləyiblər.
Qüdsü idarə edənlər dəyişib, amma orda yaşayanlar dəyişməyib. Lap qədimlərdən bəri bu şəhərdə ərəblər, yəhudilər, xaçpərəstlər qarışıq (təbii ki, hər qrup öz gettosunda) yaşayıblar, elə də yaşayırlar.
Hazırda şəhərdə əsas söz sahibi yəhudilər olsa da, onlar şəhərdən heç bir etnik qrupu deportasiya (bu genosid anlayışına daxildir) etməyiblər.
Fələstin ərəbləri isə hələ 1948-ci ildə Qüdsə sahiblənmək istəyərkən «ya hər şey, ya heç nə» devizi ilə hərəkət ediblər və uduzublar. Onların maksimalizmini nə yeni yaranmış İsrail dövləti, nə də dünya birliyi qəbul edib.
Beləcə 70 ildir ki, bu bölgədə qan tökülür, barışıq yoxdur və yaxın onilliklərdə olması da gözlənilmir.
Yəhudilər və ərəblər arasındakı qarşılıqlı nifrət o həddədir ki, onların bir-birinə güzəştə getməsi mümkün deyil. Yəhudilər düşmənə hər hansı bir güzəşt edilməsinin irəlidə dövlətçiliyin, hər şeyin itirilməsinə, genosidə səbəb ola biləcəyini düşünürlər.
Ərəblər isə yəhudi dövlətini məhv etmək, bölgənin, Qüdsün şəriksiz sahibi olmaq iddialarını gizlətmirlər.
Tarix elmi bu baxımdan çox faydalıdır. Onu oxuyursan, təfərrüatları, incəlikləri bilirsən, anlayırsan ki, insanlar, etnik qruplar, dini konfessiyalar arasında münasibətlər nədən bu qədər mürəkkəbdir. Bu durumdan heç həmin hərbi-siyasi müstəvidə olanların özləri baş açmır, çözüm tapa bilmir, kənar müşahidəçilər, vasitəçilər nə etsin?
Bir də var ən yeni tarix. Yaxın Şərq üçün bu ən yeni tarix 2003-cü ildən başlayır. Məhz həmin vaxt ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Rays «Böyük Yaxın Şərq layihəsi» adlı plan elan edib.
Bu gün İraqın, Suriyanın, Yəmənin, Liviyanın, Tunisin, Misirin, Fələstinin, Türkiyənin, İranın başına gələnlər məhz həmin layihənin müddəalarının nəticəsidir.
Xatırlayırsınızsa, 12-13 il əvvəl Türkiyədə və ölkəmizdə olduqca məşhur olan «Kurtlar vadisi» serialında da bu barədə çox söhbət gedirdi, mafiya başçısı Mehmet Qaraxanlı rəhbərlik etdiyi kriminal şurada ABŞ-ın belə bir layihəsi olduğunu, bu superdövlətin Yaxın Şərqi «yenidən şəkilləndirmək» istədiyini bildirirdi.
O zaman bu fikirlər bəlkə də bir çoxlarına «sui-qəsd sözləşməsi nəzəriyyəsi» kimi görünürdü, amma 2010-cu ildən sonra baş verən hadisələr göstərdi ki, gerçəkdən də ortada ciddi plan varmış. Heç bir plan bu qədər təfərrüatıyla öncədən proqnozlaşdırıla bilməzdi. Bunu düşünmək, öncədən söyləmək üçün insan təxəyyülü yetməzdi.
Türkiyənin məşhur televizyonçusu, qəzetçisi Uğur Dündar bu günlərdə həmin layihəyə aid bir yazı yazıb. Yazıda göstərilir ki, ABŞ-ın «Böyük Yaxın Şərq layihəsi» bölgədəki 22 dövlətin sərhədlərinin və rejimlərinin dəyişdirilməsini, İraq və Suriyanın, eləcə də Liviya və İranın param-parça edilməsindən sonra Türkiyənin də bölünməsini nəzərdə tuturdu. Ayrıca həmin plana görə bölgədə bir kürd dövləti qurulacaq və o dövlət İsraillə müttəfiq olaraq bu regionda ABŞ-ın jandarmına çevriləcək, Yaxın Şərqin yeraltı sərvətlərinin Qərbə axmasına nəzarət edəcəkdi.
Həmin layihə barədə söhbətlər, yuxarıda qeyd etdiyimiz kimi, 2003-cü ildən başlayıb. İl olub 2017, aradan 14 il keçib və siz indi Yaxın Şərqdəki situasiyaya baxın. Suriya və İraqda qan su yerinə axıb, yüz minlərlə insan öldürülüb, milyonlarla insan qaçqın düşüb. Hələ Suriyanı Rusiya və İran xilas etdi, yoxsa ölkə ən azı 5 yerə parçalanacaqdı. Liviyada, İraqda, Misirdə, Tunisdə, Yəməndə rejimlər, hakim klanlar dəyişib.
Son illərdə Türkiyədə kürd separatizmi o qədər çiçəkləndi ki, terrorçular dağdan enib şəhərlərdə hakim oldular. Elə görünürdü ki, sülh prosesi gedir, amma kürdlər əl altından silahlanırdılar. Qısa müddətdən sonra onlar Türkiyənin daxilində müstəqil respublika elan edəcəkdilər.
Bu arada Türkiyədə 15 iyul dövlət çevrilişi baş tutsaydı, yəni Amerikanın uşağı olan qüvvələr hakimiyyətə yiyələnsəydi, onlar yeni qurulmuş kürd dövlətini tanıyacaqdılar. Referendum keçiriləcək, vahid kürd dövləti yaranacaqdı. Əgər Rusiyanın, İranın və Türkiyənin müqaviməti olmasaydı, biz bu il həmin «Böyük Yaxın Şərq layihəsi»nin əsas müddəlarının reallaşmasını görəcəkdik.
ABŞ bu layihələri Səudiyyə Ərəbistanının əliylə, puluyla həyata keçirir. Məhz bu dövlət müsəlman dünyasının şəriksiz ağası olmaq iddiasındadır.
Ona görə də Türkiyənin çox zaman ərəb dünyasındakı ayrı-ayrı dövlətlərə qahmar çıxması, onlardan ötrü dünya birliyi ilə üz-göz olması yersizdir. Ərəb dövlətləri Türkiyənin liderliyini istəmir, hətta onun kiçilməsini, bölünməsini istəyirlər.
100 il əvvəl məhz bu gün səudiyyəli və fələstinli ərəblərin xəyanəti nəticəsində İngiltərə Qüdsü türklərdən aldı, bir müddət özündə saxladı, işi bişirəndən sonra yəhudilərə verdi və ərəblər əli ətəyindən uzun şəkildə bir küncdə qaldılar.
Tarixdən dərs götürmək lazımdır.
Xalid KAZIMLI