vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
QƏZA, FACİƏ  
11:06 | 9 fevral 2018 | Cümə Məqaləyə 3242 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zərnigar Ağakişiyeva vəfat edib

Xalq artistinin cəsədi mənzilində tapılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilib.

FHN bildirib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə xilasetmə qüvvələri mənzildə 72 yaşlı Zərnigar Ağakişiyevanın cəsədini aşkar ediblər.

Aktrisanın meyiti Bakıda, Yasamal rayonu ərazisində yaşadığı mənzildə FHN-nin xilasediciləri tərəfindən aşkarlanıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan zən əsasında xidmətin işçiləri onun mənzilinə baxış keçirib və xalq artistinin ölüsü aşkarlanıb.

Onun ölümünün səbəbləri barədə hələ ki, rəsmi açıqlama verilməyib.

Zərnigar Ağakişiyeva həm kino, həm teatrda müxtəlif xarakterli rollar yaradıb.

O, Azərbaycan tamaşaçılarının xatirəsində «Atayevlər ailəsi», «Kökdən düşmüş piano», «Mehmanxana sahibəsi», «Ötən ilin son gecəsi», «Təhminə» kimi tamaşa və filmlərdə yaradığı obrazlarla qalıb.