Ev sənədləri ASANlaşdı
Vətəndaşlar mənzil və mülkləri üçün «kupça» və texniki pasportları daha rahat ala biləcəklər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əcnəbilər 2112 mənzil alıb
Rusiyadan Bakıya köç çoxalıb
-
Ev almaq istəyənlərin tələbləri dəyişib
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
-
Pulunuzu boşa xərcləməyin
Ev dəllalları müştəriləri necə aldadır?
-
“Başqalarına etibarnamə verməyin”
Ev alarkən aldanmamaq üçün nələri bilmək vacibdir?
-
Ev probleminin yeni həlli
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
-
Bağ evləri bahalaşıb
Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
-
Qeydiyyat yerindən asılı olmayaraq ...
«ASAN xidmət»dən şəxsiyyət vəsiqələri ilə bağlı vacib yenilik
-
«Gələcəkdə bu hüquqdan faydalanmaq olar»
Ekspertdən sosial evlərlə bağlı mühüm məsləhət
-
...Prezidentdən vacib sərəncam
Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı...
-
Dəmir Yol Vağzalı sərnişinlərin ixtiyarında
Prezident və xanımı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu
-
2 ilə fasiləsiz enerji təminatı
Prezident həmin vəzifəni «Azərişıq» ASC-yə həvalə edəndən bəri nələr dəyişdi...
-
«Bu iş artıq bitdi...»
«Makler» peşəsi qapısı qıfıllı ofislərdən başlanır
-
İlham Əliyev «ASAN qatar»la tanış oldu
Prezident işıq və qazpulundan danışdı: «Varlılar daha çox ödəməlidirlər»
-
Cəmi 8 bank
İpoteka təklif edənlərin sayı azalır
-
Mənzillərin qiymətləri…
…İpoteka kreditlərinin maksimal məbləği
-
İki variant var
Sənədsiz evlərin sənədləşməsinin yolu tapıldı
Bundan sonra mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar (kupça), texniki pasportları da «ASAN» Xidmət mərkəzlərindən əldə etmək mümkün olacaq. Bu məqam prezident İlham Əliyevin «ASAN xidmət» mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsinə dair verdiyi fərmanda öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, artıq mənzillərlə yanaşı, fərdi yaşayış evləri üçün də qeydiyyat sənədlərini ASAN-dan almaq mümkün olacaq.
İndiyə qədər vətəndaşlar «ASAN» Xidmət Mərkəzlərindən ilkin qeydiyyat istisna olmaqla mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (Forma 1) ala bilirdilər. Lakin artıq bundan sonra təkcə mənzillər deyil, hətta fərdi yaşayış evləri üzərində də mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar («kupça»), texniki pasportlar da verə biləcək.