Bağçalara qəbul yaşı dəyişir
“Təhsil haqqında” qanuna düzəlişlər olacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
Parlamentdə mübahisə
Siyavuş Novruzov spikerdən siyahı istədi
-
«Qiymət qalxdısa, enməsi çətin olur»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
-
«Deputatların maaşı niyə qaldırılmır?»
Siyavuş Novruzovdan etiraz
-
«Belə olmaz axı!»
Deputat Hüseynbala Mirələmov: «Dediklərimin hamısını montaj ediblər»
-
«Azdır az ye, ...»
Deputat insanları az yeməyə çağırdı
-
Prezident and içdi
İlham Əliyev müqəddəs Qurani-Şərifə əl basaraq...
-
Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq. Bununla bağlı “Təhsil haqqında” Qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.
Hazırki qanunvericilikdə isə hələ ki belə qeyd edilib: Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.
Bundan əlavə, qanuna aşağıdakı məzmunda 18.7-ci maddə əlavə olunacaq:
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
“Təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək.