vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KRİMİNAL, CİNAYƏT  
10:56 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polisləri bıçaqladılar...

«502» gecə klubundakı kütləvi davada

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının mərkəzində yerləşən gecə klubunda polislərlə müştərilər arasında kütləvi dava düşüb. Dava zamanı ikisi polis olmaqla, 3 nəfər bıçaqlanıb. Hadisə ötən gecə Mikayıl Müşviq küçəsində yerləşən «502» gecə klubunda baş verib.

Rayon Polis İdarəsindən (RPİ) Milli.Az-a verilən məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib. Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal RPİ-nin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev, Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dava ediblər. 

Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb. Nəticədə polislər - N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaqlanıblar.