15:46 | 29 may 2018 | Çərşənbə axşamı
Məqaləyə 2713 dəfə baxılıb
Şriftin ölçüsü
Novruzov sərəncama göndərildi
Gömrükdəki məşhur general işdən çıxarıldı
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun işdən çıxarıldığı haqda xəbər yayılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundov xəbəri təsdiqləyib. Bildirib ki, Vüsal Novruzov sərəncama götürülüb.
Artıq Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə yeni təyinat da gerçəkləşib. Bu vəzifəyə İsmayıl Hüseynov gətirilib. İ.Hüseynov bu təyinatadək Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, gömrük xidməti general-mayoru Vüsal Novruzovun adı uzun müddətdir bir çox qaranlıq işlərdə hallandırılır.