vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
16:00 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 1690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran Pakistanı təhdid etdi

«İranın hərbi müdaxiləyə əl atmaq hüququ var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İran ordusu Pakistana girə bilər. İslamabad ölkənin şimal-qərbində fəaliyyət göstərən terrorçulara qarşı təsirli tədbirlər görməsə, hadisələrin bu cür inkişafı mümkün ola bilər». Musavat.com-un İran informasiya mənbəyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri Abdolrza Rəhmani Fəzli deyib.

Fəzlinin sözlərinə görə, Tehran Pakistan tərəfinə öz sərhədlərinin təhlükəsizliyini təmin eləmək xahişi ilə  dəfələrlə çağırışlar edib. «Əgər bu dövlət belə addımları atmaq gücündə deyilsə, o zaman onun ərazisinə qoşun yeritməkdən savayı çıxış yolu qalmayacaq. İranın belə hərbi müdaxiləyə əl atmağa hüququ var və İslamabadın icazəsini gözləməyə hazırlaşmır» - əlavə edib nazir.