vaxtlı-vaxtında oxuyun! Bazar, 5 yanvar 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
12:07 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 2889 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sələfi lideri merin oğlundan danışdı

«İsrafil Abutalıbovla şəxsən tanışlığım yoxdur, amma ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün yerli mətbuatda Bakı meri Hacıbala Abultalıbovun oğlu İsrafil Abutalıbovun sələfi təriqətinə mənsub olduğu və Suriyaya döyüşlərə getdiyi barədə iddialar yayılıb.

Bu iddialara azərbaycanlı sələfilərin lideri, «Əbu Bəkir» məscidinin şeyxi Hacı Qamət Süleymanov münasibət bildirib.

O, azvision.az-a açıqlamasında deyib ki, İsrafil Abutalıbovun Suriyaya getməsi xəbərinin həqiqət olduğunu düşünmür: «Yalan məlumatdır. Məncə, o elə insan olmaz».

İ.Abutalıbovla şəxsən tanışlığının olub-olmadığına gəlincə, Hacı Qamət deyib ki, onu bir neçə dəfə məsciddə görüb: «Şəxsən tanışlığım yoxdur. Bir neçə dəfə İlahiyyat məscidində görüb salamlaşmışam. Kim olursa-olsun, mənim camaatla yaxından tanışlığım yoxdur». 

Hacı Qamət vurğulayıb ki, namaz qılmaq hamının borcudur: «Biz qeyri-adi bir şey deyilik, sələfilərik. Amma namaz qılmaq hamının borcudur. Onun dəqiq hansı təriqətin üzvü olduğunu bilmirəm. Amma müsəlman kimi namaz qılır, burada nə var ki?!».