vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
15:23 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bəyanat anlaşılmazdır»

Qamət Süleymanovdan Şeyxə cavab: «Başa düşmürəm, sələfilərin adı niyə çəkilib?»

Aqşin KƏRIMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bugünkü bəyanatında sələfilik cərəyanının təbliğinin təhlükə törətməsi haqqında deyilənlər anlaşılan deyil». Bunu modern.az saytına açıqlamasında «Əbu Bəkr» məscidinin imamı, sələfilərin rəhbəri Hacı Qamət Süleymanov QMİ-nin bəyanatına münasibət bildirərkən deyib.

«Başa düşmürəm, sələfilərin adı niyə çəkilib? Bəyanatla tam tanış olmadığımdan başqa bir söz deyə bilmərəm» - deyə Q. Süleymanov vurğulayıb.

Onun sözlərinə görə, QMİ-nin qeyd etdiyi təkfirçiliyə qarşı mübarizəni isə dəstəkləyir. 
«Qaldı gəncləri radikal dini ideyalarla cəlb edib, onların yoldan çıxarılmasına,  Qafqaz Müsəlmanları İdarəsindən qabaq mən bəyanatlar vermişəm» - deyən Q.Süleymanov vurğulayıb ki, Azərbaycan vətəndaşlarının Suriyaya gedərək,  döyüşməsinin yolverilməzliyi barədə də ətraflı məlumatlar verib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq fətva verib. Fətvada Azərbaycanda  xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərdən söz açılıb. «Dövlətimizin "Dini etiqad azadlığı haqqında" Qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq» - deyə bəyanatda vurğulanıb.