Ölüm sevinməsin qoy, ömrünü vermir bada…
Üzeyir Hacıbəylinin vəfatından 70 il ötür
Aytən HEYDƏROVA
Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Biz hamımız Üzeyir məktəbindən çıxmışıq”
Fikrət Əmirov: “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”
-
KORİFEY HACIBƏYLİLƏRdən –
ulu Azərbaycan mədəniyyətinə duruxmaz-xıxmaz sənət “Karvan”ı bəxş etmiş Soltan Hacıbəyov...
-
Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti
Bəstəkarlar İttifaqında elmi konfrans
-
Bizi gələcəkdə gözləyən dahi
Üzeyir Hacıbəylinin doğum gününə ...
-
Üzeyir Hacıbəyli günləri
Dahi bəstəkarın xatirəsinə həsr olunmuş növbəti musiqi bayramı
-
Hər gün təmasda olduğumuz dahi
İnsanın mənən təmizləndiyi, ruhən saflaşdığı məkan
-
«Biz ilə yevropalıların təfavütü»
Üzeyir bəy Hacıbəylidən möhtəşəm felyeton
-
«Mükafatlarım çoxaldıqca məsuliyyətim də artır»
Çinarə Əzimova: «Qarşıda məni çox sınaqlar, imtahanlar gözləyir»
-
Marionet «Leyli və Məcnun»
Marionet Teatrının açılış tamaşasında Üzeyir Hacıbəylinin muğam operası nümayiş olunub
-
Amerikanı fəth edən «Leyli və Məcnun»
Azərbaycan musiqisi Qərb tamaşaçısını valeh etdi
-
Topçubaşov niyə Nobel ala bilmədi?
Cərrahiyyəmizin banisinin kəşfi minlərlə əsgəri ölümdən xilas edib...
-
Dünyanı fəth edən səsin sahibi
Bütün dövrlərin musiqiçisi Müslüm Maqomayevin 72 yaşı tamam oldu
-
«Sabah» təkzib etdi
«Həmin şəxs səhv etdiyini boynuna aldı»
-
Hacıbəylinin də evi söküləcək?
«Bu tarixi binanın sökülməsi barədə qərar veriləcəyinə inanmıram»
-
Bu dəfə türkmən prezidentə sataşdı
««Şəbu hicran»ı oxusun görək oxuya bilərmi?»
-
23 noyabr – Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, musiqişünas-alim, pedaqoq, Azərbaycan Dövlət Konservatoriyasının yaradıcısı və rektoru (1928-1929, 1939-1948), SSRİ Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Dövlət mükafatları laureatı (1941, 1946), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin vəfatından 70 il ötür.
Zəngin tərcümeyi-halı, müxtəlif və mürəkkəb dövrlərdən keçən ömür yolu, çoxcəhətli yaradıcılığı, parlaq şəxsiyyəti, insanpərvərliyi ilə Azərbaycan tarixində əvəzolunmaz yeri olan dahi sənətkar öz xalqına böyük bir “Üzeyir dünyası” qoyub getmişdir. Bu “dünya”nın bir-birini saf məhəbbətlə sevən Leyli və Məcnunu, “Mən nə qədər qoca olsam da, dəyərəm min cavana” iddialı Məşədi İbadı, gələcək həyat yoldaşını axtarıb tapmaq üçün arşınmalçıya çevrilən tacir Əsgəri, qəhrəman Koroğlusu kimi sakinləri var ki, hər biri özü-özlüyündə ayrıca bir dünyadır. Üzeyir bəy bu sakinlərin xarakter-obrazını musiqinin dili ilə ən maraqlı, ən baxımlı tərzdə dinləyiciyə, tamaşaçıya məharətlə təqdim etmişdir və bu sakinlər də öz yaradıcıları kimi ölməz və əbədidirlər.
Onun musiqisinin gözəlliyi, parlaqlığı,
möhtəşəmliyi sənətinə, xalqına olan odlu-alovlu sevgisinin, vətənpərvərliyinin
və yüksək zövqünün bəhrəsidir. Öyrənib-öyrətmək eşqi və həvəsi ilə yaşayan, daim yeniliklər axtarışında
olan Üzeyir bütün maneə və çətinliklərə
rəğmən Azərbaycan musiqi mədəniyyətinin inkişafı, yeni janr, ifaçılıq vasitələri
ilə zənginləşməsi, musiqi kollektivlərinin yaranması uğrunda gecə-gündüz
çalışaraq öz parlaq məqsədinə nail oldu. O, təkcə musiqi bəstələmək, əsər
yaratmaqla kifayətlənməyərək xalqının maariflənməsi və mədəniyyəti uğrunda
mübariz olmuş, Azərbaycanda ilk notlu Xalq çalğı alətləri orkestrini yaratmış,
Azərbaycan Dövlət xorunun, ilk simli kvartetin, ilk musiqi məktəbinin banisi
olmuşdur. Görkəmli ədib Məmməd Səid Ordubadi Üzeyir bəy haqda xatirələrində bu
barədə yazırdı:
“...Üzeyir bəy ilə yaxından tanışlığımız 1929-cu illərdən başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə olunurdu. Üzeyir bəy bu məsələdə hamıdan artıq rahatsız olur və musiqimizin gələcəyi üçün düşünürdü. Partiya və hökumətin köməyi ilə Üzeyir bəy Azərbaycan Radio Komitəsinin təşəbbüsü nəticəsində xalq çalğı alətlərindən notlu orkestr düzəltməyə başladı. Həmin bu zamanlarda mən Radio Komitəsinin ədəbiyyat şöbəsini təşkil və idarə edirdim. Üzeyir bəylə tez-tez görüşürdüm. Bəzən onun ifaçılarla keçdiyi məşqlərlə maraqlanırdım və mən Üzeyirin müvəffəqiyyət qazanacağına qəti inanmağa başladım...”.
Öz xalqının mədəniyyətini yüksəklərdə görmək arzusu ona musiqi sənətini professional, möhkəm inşa etməsində cəsarətli, qətiyyətli addımlar atmağa güc verirdi. Üzeyir bəy öz uzaqgörənliyi sayəsində milli musiqi sənətinin uzaqdan parlayan inkişaf perspektivlərini görə bilmişdir: “Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhval-ruhiyyəsini musiqi vasitəsi ilə əks etdirmək lazımdır”.
Bu qiymətli fikirlərin müəllifi, özü dediyi kimi, xalqın mənəviyyatını dərindən duyaraq onun sevinc və kədərini, arzu və istəklərini öz musiqisində-yaradıcılığında əks etdirmişdir. Üzeyir bəyin sənətin zirvəsinə yüksəlməyinin səbəbi də elə onun xalq yaradıcılığı xəzinəsindən bəhrələnib, onu xalqa daha yüksək bir səviyyədə çatdırması olmuşdur. Musiqi əsərlərində vətənə məhəbbət, mərdlik duyğularını tərənnüm edən bəstəkar Böyük Vətən müharibəsi (1941-1945) günlərində Azərbaycan xalqının igid oğullarını “Yaxşı yol” deyə cəbhəyə yola salır, öz “Çağırış”ı ilə “Şəfqət bacısı”nı Vətən ordusuna kömək etməyə dəvət edirdi. Həmçinin bununla kifayətlənməyərək, orduya öz şəxsi hesabına maddi yardımını da əsirgəmirdi. Bu səbəblə Sovet İttifaqının rəhbəri İ.V.Stalinin Üzeyir bəyə göndərdiyi teleqram bəstəkarın ev-muzeyində qorunan unikal sənədlər sırasındadır. “Yoldaş Hacıbəyov! Qızıl Ordunun zirehli tank qüvvələrinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Mənim salamımı və Qızıl Ordunun təşəkkürünü qəbul edin”.
Onun haqda deyilən sözləri, yazılan xatirələri oxuduqca, sadə və təvazökarlığı, mehribanlığı, eyni zamanda mübarizliyi və qətiyyətliliyi nurlu simasında əks olunan fotoşəkillərinə baxdıqca və bir də ecazkar musiqisini dinlədikcə gözünün önündə bütün insani keyfiyyətləri ilə canlanan bu böyük insana əbədi təşəkkür bildirmək istəyirsən...
1948-ci ilin 23 noyabrında Üzeyir bəy uzun sürən xəstəlikdən sonra vəfat edir. Üzeyir Hacıbəylinin simasında musiqi incəsənəti təkcə istedadlı bəstəkarını deyil, həmçinin nəhəng alim və nəzəriyyəçi, Azərbaycan musiqisinin parlaq zəkalı tədqiqatçısını itirmişdi. 1948-ci il noyabrın 24-də mərhumun dəfn edildiyi gün xalq böyük alimə olan sevgisini nümayiş etdirdi.
Çiyin-çiyinə çalışdığı dostu, görkəmli şair Səməd Vurğun “Eşq olsun sənətkara!” şeirində öz qəlb sarsıntısını, üzüntüsünü bu misralarla dilə gətirmişdi:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Mən bu kiçik şeirimi yazıram göz
yaşımla,
Çünki vidalaşıram bir ürək sirdaşımla.
Bəstəkarın vəfatından 70 il ötməsinə baxmayaraq, həmin gündən qalan fotoşəkillərə baxdıqca, başsağlığı teleqramlarını oxuduqca o günün kədərini, ağırlığını daha aydın, dərindən duyursan. Leninqrad Ali Dəniz Yolları Məktəbində, Leninqrad Su Nəqliyyat Mühəndisləri İnstitutunda və Leninqrad Rabitə İnstitutunda təhsil alan azərbaycanlı tələbələr tərəfindən 1948-ci ilin 24 noyabrında “Kommunist” redaksiyasına göndərilmiş başsağlığı məktubunda oxuyuruq:
“Dünən radio vasitəsilə verilən son xəbərlərdə Azərbaycanın ən gözəl bəstəkarı, SSRİ-nin Xalq artisti Üzeyir Hacıbəyovun vəfatını eşidib, pərişan olduq. Odur ki, xahiş edirik ki, Leninqrad ali məktəblərinin tələbələri adından onun ailəsinə başsağlığı verin”.
Üzeyir Hacıbəylinin xatirəsini əbədiləşdirmək haqqında Azərbaycan Nazirlər Sovetinin 16 fevral 1949-cu il tarixli 92 nömrəli qərarında bəstəkarın arxivinin və əlyazmalarının toplanılıb, onların lazımi qaydada saxlanılması və öyrənilməsinin təmin edilməsi; Azərbaycan Dövlət Konservatoriyasına, Bakı şəhərində Azadlıq küçəsinə, Naxçıvan Müəllimlər İnstitutuna, Şuşa şəhərində orta məktəbə Üzeyir Hacıbəylinin adının verilməsi; Bakı şəhərində keçmiş Ketsxoveli (indiki Şamil Əzizbəyov) küçəsində 75 nömrəli evdə və Şuşa şəhərində Ü.Hacıbəylinin ev-muzeylərinin yaradılması və Hüsü Hacıyev küçəsində (indiki Azərbaycan prospekti) yaşadığı binaya (“Monolit” bina) xatirə lövhəsinin vurulması tapşırılmışdı.
Üzeyir Hacıbəyli 1915-1942-ci illərdə hazırda muzey kimi fəaliyyət göstərən evdə yaşayıb-yaratmış, daha sonra isə indiki Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsindəki binaya köçmüş və ömrünün sonuna kimi (1948) həyat yoldaşı Məleykə xanımla burada yaşamışdır.
Bəstəkarın evinin (Şamil Əzizbəyov küçəsi 67/69) muzey kimi fəaliyyətə başlamasından 43 il ötür. Muzey 20 noyabr 1975-ci il tarixdə ümummilli lider, o zaman Azərbaycan Kommunist Partiyasının birinci katibi olan Heydər Əliyevin yaxından köməyi və səyi nəticəsində təşkil olunmuşdur. Onun ruhunu yaşadan ilk ev-muzeyi isə Şuşada uşaqlıq illərinin keçdiyi evdə 1959-cu ildə açılmışdı. Bəstəkarın mənalı və zəngin həyat yolunu böyük məhəbbətlə əks etdirən Bakıdakı ev-muzeyində, bu ocaqda onun əlinin toxunduğu hər bir əşyası – kitab dolabındakı kitabları, skripkası, barmaqlarının toxunaraq “Koroğlu”nun ilk notlarını yaratdığı royalı, iş masası, hətta adicə qələmi belə ... öz adiliyindən çıxmış və sahibinin ucaldığı zirvəyə qədər ucala bilmişdir. Çünki o qələm Üzeyir bəyin ürəyindən gələn musiqini not vərəqlərinə köçürərək əbədiləşdirmişdir.
Vaxtilə gözəl şairimiz Bəxtiyar Vahabzadənin dediyi sözləri bu gün kitablarda, xatirələrdə oxuyuruq: “...Mənim üçün Üzeyir bəy bir dünyadır. Birinci növbədə ona görə ki, bu böyük insan özünün də milli varlığının üzərində boy atdı, ucaldı. Üzeyir bəy sənətindəki kimi ilk növbədə şəxsiyyətdir, vətəndaşdır. Onun adına yaradılmış muzey xalqımızın pərəstiş yeri, inam ocağı olmalıdır. Bu muzeyi təşkil edənlərə eşq olsun”.
Hərdən düşünürsən ki, bu evin divarlarının danışmağa dili olsaydı, yəqin ki, Üzeyir bəy haqda ən şirin, ən maraqlı xatirələri məhz onlar bizə danışardı. Axı onlar Üzeyir bəyin öz dostları, həmkarları ilə birgə bu evdə yaradıcılıq görüşlərinin, məzəli, şirin söhbətlərinin şahidi olublar.
Üzeyir bəyin ömür yolu vərəqləndikcə insan heyrətə gəlir. Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim kimi fəaliyyəti və hər kəsə öz kömək əlini uzadan bir insan kimi neçə-neçə şair və yazıçıların, görkəmli şəxsiyyətlərin qələmini dilə gətirmişdir. Onun haqqında deyilən sözlər, yazılan yazılar bitmir, tükənmir.
Biz fəxr edirik ki, bu gün Azərbaycan Respublikasının üçrəngli bayrağı da zirvələrdə məhz Üzeyir bəyin ölməz musiqisinin – yazdığı himnin sədaları altında şərəflə dalğalanır. Onun yazdığı musiqi əsərləri janrından, formasından və nəhayət, səslənməsindən asılı olmayaraq, bizim qanımızda-canımızda səslənir. Üzeyir bəyin yaradıcılığı, onun yaratdığı musiqilər, əsərlər toxunulmazdır. Biz daim bu böyük şəxsiyyətin qoyub getdiyi mənəvi sərvəti onun adına layiq qorumalı, gələcək üçün yaşatmalıyıq.