vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
23:41 | 13 fevral 2019 | Çərşənbə Məqaləyə 2348 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“… Ermənistan olacaq “Qərbi Azərbaycan””

Tevanyan: “Nəinki Dağlıq Qarabağ Azərbaycana qayıdacaq, üstəlik …”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Günahkarlıq prezumpsiyasına əsaslanan keçid dövrü ədalət mühakiməsi Ermənistanda bütün düşmənlərin vura biləcəyi zərbədən daha çox zərbə vuracaq”.

Bunları “Politekonomiya” araşdırma institutunun direktoru Andranik Tevanyan özünün “Facebook” səhifəsində baş nazir Nikol Paşinyana cavab olaraq yazıb.

Nikol Paşinyan bundan əvvəl parlamentdə deputatlardan birinin ölkənin ədliyyə sistemində baş verənlər, siyasi motivli işlər barədə sualına Ermənistanda “keçid dövrü ədalət mühakiməsinin” olduğunu deyib. Bildirib ki, hökumət qanunsuz yolla əldə edilmiş əmlakın məhkəmə hökmü olmadan müsadirəsi mexanizmini müzakirə edir.

“Xalqdan və ölkədən oğurlanmış pullar məsələsi var. Hazırda hökumət qanunsuz yolla əldə edilmiş əmlakın məhkəmə hökmü olmadan müsadirə edilməsi mexanizmini müzakirə edir. Bu formul qəribə görünə bilər, amma korrupsiya ilə mübarizədə normal praktikadır, yəni insan haqlarının məhdudlaşdırılması sayılmır”, - Paşinyan deyib.

“Baş nazir yüksək tribunadan bəyan edib  ki, zərurət yaransa günahsızlıq prezumpsiyası günahkarlıq prezumpsiyası ilə əvəzlənəcək. Bu da “keçid dövrü ədalət mühakiməsi” olacaq”, - Tevanyan yazıb.

“Ən başlıcası. Dağılmış iqtisadiyyat və bunun nəticəsi olaraq zəifləmiş ordu şəraitində günahkarlıq prezumpsiyasının nəticəsi olaraq nəinki Dağlıq Qarabağ Azərbaycanın tərkibinə geri qayıdacaq, Ermənistan özü də “Qərbi Azərbaycan”a çevriləcək. Necə ki, rəsmi Yerevanla danışıqlardan sonra bu günlərdə Əliyev təhdid edir”, - o bildirib.