vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
21:01 | 16 fevral 2019 | Şənbə Məqaləyə 996 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil”

“Traxtur”- “İstiqlal” qarşılaşmasında fars-molla rejimini silkələyəcək pankart

Xəbər verdiyimiz kimi, fevralın 15-də Təbrizin Səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası qarşılaşıb, oyun 1:0 hesabı ilə ev sahibinin xeyrinə sona çatıb.

Qar və yağışlı hava şəraitinə baxmayaraq görüşdə 100 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib. Stadionda yer qalmadığından minlərlə “Traxtur” tərəfdarı stadionun yaxınındankı təpələrdən oyunu izləməli olub. Soydaşlarımız oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi milli şüarlar səsləndiriblər.

“Traxtur” tərəfdarları son vaxtlar tez-tez səsləndirdikləri “Azərbaycan qızları, göylərin ulduzları” şüarını da dilə gətirərək qadınların stadionlara buraxılmasını tələb ediblər.

Görüş zamanı təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən və “Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil” qeyd olunan plakatlar nümayiş etdirilib.

İngilis dilində hazırlanan plakatlarda bu sözlər yazılıb: “Sözügedən plakatların qaldırılması stadionda olan soydaşlarımız tərəfindən alqışlanıb.